Baş redaktorun şairə qarşı cinayət tərkibli məhkəmə şikayəti icrata götürüldü - MƏHKƏMƏDƏ QALMAQAL

12, 05, 23
13:45

Baş redaktorun şairə qarşı cinayət tərkibli məhkəmə şikayəti icrata götürüldü - MƏHKƏMƏDƏ QALMAQAL


Axar.az xəbər saytının baş redaktoru Anar Niftəliyevin şair Anar Amini məhkəməyə verməsi haqqında ötən gün oxucularmıza məlumat vermişdik.

10 mayda Səbail rayonunda məhkəmə prosesi baş tutub. Məhkəmə prosesi heç də sakit keçməyib, tərəflər bir-birlərinə kəskin ifadələr işlədib. Şair Anar Amin isə qarşı tərəf Anar Niftəliyevin məhrum həyat yoldaşını təhqir etmədiyini bildirib. Baş tutan məhkəmə prosesində jurnalistin qaldırdığı xüsusi ittiham qaydasında şikayət icraata götürülüb növbəti proses mayın ayının 17 də davam edəcək, 

"Azərbaycan Reallığı" xəbər ki, Tanınmış şair hüquqşunas Mübariz Məsimoğlu məhkəmə təhsuratını bölüşüb.  

Baş tutan hazırlıq iclasında Anar Niftəliyev gözləntiləri yanıltmadı. Şikayətini geri götürmədi. Yazdıqlarının bir az da üstünə qoydu. Məhkəmə iclasında Anar Aminin təmkini qarşısında Anar Niftəliyevin hərəkət və davranışı sözün həqiqi mənasında bizi çox məyus etdi. Niftəliyev əvvəl özünün savadlı Anarın isə savadsız olduğunu xüsusilə vurğuladı. Sonra, heç hənanın yeri olmadan, "bunlar (kimlər?) heç mənim ayağımın tozu da deyil" dedi. 

Mübariz Məsimoğlu

Hakimə Anar Amini həbs etməsə özü onu öldürəcəyin bildirdi.

Ardınca onu əsməcə tutdu. Sonra o, Anar Aminə hücum etdi. Sonra onu iclas zalından çıxartdılar. Sonra onu iclas zalına qaytardılar. Sonra o, məhkəmə iclasında Sayman Aruzun İran agenti olmasını bir daha təsdiqlədi. Sayman Aruzun Nemət Pənahlıya 5000 pul verməsinin həqiqət olduğunu vurğuladı. Və  Sayman Aruzun İran agenti olması barədə əlindəki bütün sübutları güc strukturlarına təqdim etdiyini əminliklə qeyd etdi. Və onların hərəkətsizliyinin səbəbini özlüyündə izah etməyə çalışdı.  

Onun səsləndirdiyi fikirlər çox ağır ittihamlardır.

Daha sonra Mübariz Məsimoğlu bildirir ki, "bütün bunlara güc strukturları tərəfindən bir aydınlıq gətirilməlidir". Çünki bu fikirlər həm mətbuatda gedib, həm də açıq məhkəmə iclasında səsləndirilib.  

"Səndən üzr istəməyi özümə ən ağır təhqir hesab etsəm belə, O, xanımın ruhu qarşısında baş əyib, səndən üzr istəyirəm.


Həmçinin, məhkəmə iclasında bir məqam məni daha çox silkələdi. Hansı məqam idi o? Anar Niftəliyev rəhmətlik həyat yoldaşının təhqir edilməsini dəfələrlə vurğulayaraq Anar Aminin cəzalandırılmasını da buna görə istədiyini xüsusilə qabardanda Anar Amin dedi: - Anar Niftəliyev, mən deyirəm ki, nə səni, nə də sənin yoldaşını təhqir etməmişəm, əgər sən mənim dediklərimi interperetasiya edib bunu təhqir kimi qəbul edirsənsə, səndən üzr istəməyi mən özümə qarşı ən ağır təhqir hesab etsəm də belə yenə də o xanımın ruhu qarşısında baş əyərək deyirəm ki, onun xatiri üçün səndən üzr istəyirəm. Təkrar edirəm ki, mən onu təhqir etməmişəm. Bunu sən təhqir kimi yozursan. 

Bundan sonra Anar Niftəliyev dayamalı idi.  

Anar Niftəliyev məhz bu sözlərdən sonra məhkəmədə şou yaratdı. Sözün həqiqi mənasında bu yerdə mən özüm bir təhər oldum. Nədən? Anar Niftəliyev həqiqətən yoldaşının xatiri üçün Anar Aminə qarşı məhkəmə işi açmış olsaydı bu yerdə dayanardı. Və qaşınmayan yeri qaşıyıb qan çıxartmazdı. Rəhmətliyin adının hallandırılmasına bundan sonra özü şərait yaratmazdı...

Əvvəlki yazımda qeyd etdiyimi bir daha vurğulayıram: Anar Amin mənim üçün çox dəyərli bir şairdir. Təbii adamdır. İçində heç kimə qarşı heç bir kin- küdurət yoxdur. Təpədən- dırnağa kimi şairdir. Heç kimə bənzəmir. Anar Amın yazısıyla, danışığıyla, zarafatıyla özü böyda ürəkdir.

Süni şəkildə haldan-hala düşməsi xəyal qırıqlığına uğratdı. 

Anar Niftəliyevi şifahi tanıyırdım, məhkəmə zalında yazılı şəkildə gördüm. Süni şəkildə haldan-hala düşməsi məni xəyal qırıqlığına uğratdı. Savadı varıydı. Amma savadının ürəyi yox idi. Nitqi varıydı, amma nitqinin də ürəyi yox idi. Mənəmliyi variydi. Amma ərdəmliyi yox iydi. Kinli idi, qəzəbli idi. Kini, qəzəbi onu yeyib qurtarmışdı.

Yəni demək istədiyim odur ki, nə qədər mənəm-mənəm desə də Anar Niftəliyevin ürəksiz savadı, biliyi, intelekti, alimliyi, kini- kudurəti, quruluğu, can sıxıcılığı Anar Aminin ürəkli şairliyi, təbiiliyi, sevgisi, zarafatı,  yerişi-duruşu, "savadsızlığı" qarşısında heç nədir...

Növbəti məhkəmə prosesi təyin edilib.

Gözləmədiyim halda, iş məhkəmə baxışına təyin edildi. Məhkəmə baxışı bu ayın 17 - sində olacaq. İş niyə məhkəmə baxışına təyin edilmədən şikayət ərizəsi rədd olunmalıydı?

Çünki bu məhkəmədən əvvəl Anar Aminin yazdığı status inzibati xəta kimi araşdırılıb, özü iki gün polis idarəsində saxlanılıb, barəsində protokol tərtib edilərək Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qərar qəbul edilib. Həmin qərarla polisin protokolu rədd edilib. Həmin qərar qüvvədədir. Qanuna görə bir adam bir əmələ görə iki dəfə mühakimə oluna bilməz.  Gələn məhkəmədə Anar Aminin vəsatətləri olacaq.

"Azərbaycan Reallığı" səsləndiriən fikirlərlə bağlı qarşı tərəfindən mövqeyin dərc etməyə hazırdır.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın