Binə Bazarındakı “Mədinə” restoranı dövlət qanunlarına məhəl qoymur - VİDEO

24, 04, 23
15:00

Binə Bazarındakı “Mədinə” restoranı dövlət qanunlarına məhəl qoymur - VİDEO


Binə bazarında “Mədinə” adlı restoran fəaliyyət göstərir. Bazarın 4 və 5-cı sıralarından bu restorana giriş var. Çox maraqlıdır ki, sözügedən restoran deyəsən dövlət qanunları ilə deyil, bazarın sahibi Kəbirə xanımın qanunları ilə işləyir.

Gündəlik minlərlə adama xidmət edən bu ictimai iaşə obyektində maraqlı hallar aşkar ediblər. Nə qədər qəribə olsa da, restoranda adi menyu belə yoxdur. Restoranı işlədənlər yeməklərin qiymətini müştərinin üzünə baxıb deyirlər. Yəni “damara baxıb, qan almaq” prinsipi ilə işləyirlər.

Çünki nə menyu var, nə də yeməklərin üzərində qiymət. Bir sözlə, kənardan gələn müştərilərlərə bir, bazarda alver edənlərə isə tam başqa qiymət deyilir. Restoran eyni zamanda nağdsız ödənişləri də qəbul etmir.

Bir az dirəşən müştəriyə kartdan-karta ödəniş etmək təklif olunur. Hesab edirik ki, əlaqədar qurumlar mütləq mənada “Mədinə” adlı bu restoranla bağlı tədbir görməlidir. (Azinforum.az) 


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841   

Bizimlə əlaqə saxlayın