Güclü külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq

13, 04, 23
10:00

Güclü külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq


Bakıda və Abşeron yarımadasında aprelin 13-də axşam şimal-qərb küləyinin 15-20 m/s, 14-də gün ərzində isə cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə "Azərbaycan Reallığı"na Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Aprelin 12-si axşam qərb rayonlarından başlayaraq 14-ü gündüzədək arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın