Xırdalan şəhərinin mərkəzində qorxulu mənzərə: Sahibsiz itlərlə insanlar qarşı-qarşıya - VİDEO

09, 04, 23
14:00

Xırdalan şəhərinin mərkəzində qorxulu mənzərə: Sahibsiz itlərlə insanlar qarşı-qarşıya - VİDEO


"Azərbaycan Reallığı"na müraciət edən Abşeron rayon Xırdalan şəhəri Həzi Aslanov 3 (Misir parkının yaxınlığında) ərazisində yaşayan sakinlər təhlükəli vəziyyətlə üz-üzə qalıblar, onlar yaşadığı ərazidə hər gün istər gündüz istər gecə saatlarında sahibsiz itlərə rast gəlirlər, analoji hal əsasən gecə saatlarında daha çox olur, yaxınlıqda böyük bir boş ərazi var, deyilənə görə orada Bravo market tikiləcək, hava bir az qaralan kimi, axşam saatlarında ərazidə 100-ə yaxın sahibsiz itə rast gəlmək olar, sözügedən ərazi video da gördüynüz kimi insanların tam sıx yaşadığı yerdir. 

Ərazidə xeyli sayda tükan, market, restaran, kafeyə rast gəlmək olar, insanların mütəmadi olaraq gediş-gəliş yeridir. Yaşlı nəsildən tutmuş azyaşlı uşaqlara kimi hər gün bu yolla gediş-gəliş edir. 

Sahibsiz itlər dəfələrlə sakinlərə hücum edib, azyaşlı uşaqlara hücum edib, itlərin bu hücumundan sarsılıb halı pisləşib xəstəxanaya yerləşdirilənlər də olub, adiyyəti qurumlara əsasəndə Abşeron rayon icra hakimiyyətinə dəfələrlə müraciət olunsa da baxan yoxdur, hər kəs bu halı görməməzliyə vurur, gərək ölüm hadisəsi ola ki ondan sonra baxıb bir tədbir görələr - deyə sakinlər bildirir.

Sözügedən ərazidən video görüntüləri təqdim edirik. 
 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın