Azərbaycan gəncliyini uçuruma aparan "GİVEAWAY" təşkilatçılarına dur deyən olacaq? - ARAŞDIRMA

28, 03, 23
13:00

Azərbaycan gəncliyini uçuruma aparan "GİVEAWAY" təşkilatçılarına dur deyən olacaq? - ARAŞDIRMA


 "Azərbaycan Reallığı" olaraq oxucularmıza kifayət qədər məlumat vermişik "Mostbet" "1xbet"  "Misli" "TOPAZ" bu kimi şirnikləşdirici qumar oyunları demək olar ki, ölkə gəncliyini məhv edib dağıtmadıqı ailələr qalmayıb. Bu tip oyunlarla mübarizə apardığmız vaxtda, son zamanlar sosial şəbəkədə yeni bir "GİVEAWAY" adlı loru dildə desək "GİVEÇİLƏR" peyda olunub.

Bu şəxslər əvvələr azlıq təşkil edirdilərsə indi demək olar ki, kütləvi şəkildə artmaqa başlayıb Xidmətləri isə instagram adlı sosial şəbəkə platformasında yarışlar keçirməkdir. Misal üçün sözü gedən yarışlara sənin inistgram səhifəni daxil edirlər, 10 minə yaxın izləyici artımına 60-80 manat arası, 25-30 min izləyici artımına, 250-300 manat arası,məbləğlər tələb edirlər.

Yarışçılar 50-80-100 nəfəri keçdikdə yarış başlayır verdiyin məbləğə uyğun olaraq, izləyici sayı artır amma son 1-2 ay müddətinə həmin izləyicilər müəmmalı şəkildə qeyb olur. 

"Azərbaycan Reallığı"na etibarlı mənbənin dediyinə görə, bu tip yarış zamanı səhifəyə saxta yolla Hindistan Rusiya və müxtəlif ölkələrin izləyicilərini səhifəyə dəvət edirlər 

Yarışı keçirənlər isə süni yolla kifayət qədər varlanırlar, mənbənin verdiyi məlumata görə hətta bu sahə ilə, özlərinə şəhərin mərkəzində bahalı ev şəhərdən kənarda bağ evi, bahalı avtomobil və obyektdə alanlar var.

Amma bunlar bir qəpik olsun dövlət büdcəsinə vergi gəliri verməyərək vergidən yayınırlar. Hətta elə "GİVEÇİ" var ki bir yarışa 20-25 min manat əldə edir, bu şəxslərin hansı dövlət qurumundan qediyyatdan keçdikləridə hələ ki, məlum deyil.

Mənbə artıq bu şəxslərin bir neçəsinin adlarını konkret olaraq bizə məlumat verib, bu yazıda həmin şəxslərin adlarını çəkmirik ki, hüquq-muhafizə orqanları və digər aidiyyatı qurumlar araşdırma apararkən,onların araşdırmasına maneə tablosu olmayaq. Bu şəxslər və bu tip oyunlarla bağlı bizdə əlaqədar qurumlara məlumat vermişik hələ ki, sorğumuza cavab verilməyib.

Biz inanırıq ki, bu yazmızdan sonra əlaqədar qurumlar məsələyə daha ciddi yanaşaraq lazımı olan araşdırma apararaq sözü gedən şəxslərin şəxsiyyətlərini məlum edib qanun çərçivəsində hüquqi qiymət verəcəklər.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın