Həbsdə olan jurnalistlər ölkə başçısından Əfv istədi

27, 03, 23
15:00

Həbsdə olan jurnalistlər ölkə başçısından Əfv istədi


Həbsdə olan jurnalist, “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) ulu öndər Heydər Əliyevin 100 illik yubleyi ilə bağlı olaraq ölkə başçısına əfv olunması üçün muraciət edib məlumatı onun anası Nazilə Ələkbərova da təsdiqləyib.

"Azərbaycan Reallığı" xəbər verir ki, Mahir Ələkbərovun Anası bildirir ki artıq bir neçə gündür Mahirin səhətində problemlərdə yaranıb “Oğlumun təzyiqi 210-220-dək yüksəlib. müəssisənin tərkibində olan tibb məntəqəsinin həkimlərin nəzarətindədir Amma tibb məntəqəsində onun müalicə alması yetərli deyil. oğlumun səhhəti pisləşən zaman burnundan qan açılıb. 

Mahir Ələkbərovun (Xəttab)

Həkimlər bildiriblər ki, oğlumun burnundan qan açılmasaydı, onun beyninə qan siza bilərdi”. Nazilə Ələkbərova bildirir ki, Mahirin təzyiqi yüksələn zaman huşunu itirib. Onun sözlərinə görə, oğlunun ürək döyüntüləri artırıb: “Oğlumun səhhəti yaxşı deyil. Ona həkimlər tibbi yardım göstərsələr də, bu yetərli deyil. Oğluma tibbi yardım göstərən həkimlərə minnətdaram”. 

Sona Mahir Ələkbərovun (Xəttab) Anası da ölkə başçısından “Oğlumun cavan olmasının, səhvini başa düşməsinin nəzərə alınmasını, onu əfv etməyini cənab Prezidentdən xahiş edirəm”. 

Qeyd edək ki, Mahir Xəttab Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Amma Ali Məhkəmənin qərarı ilə onun cəzasından 6 ay çıxılıb.

"Azərbaycan Reallığı" əldə etdiyi digər məlumata görə həbsdə olan vetran jurnalist Sənan Abdullayev (Həsənoğlu) əfv üçün ölkə başçısına muraciət edib Sənan Həsənoğlu 1993-cü ildən 2003-cü ilədək "Ədalət", "Odlar yurdu", "Soydaş" və başqa kütləvi informasiya vasitələrində repartyor olaraq, 2003-cü ildən 2020-ci ilədək isə "SPACE" , "ATV" və "AZTV"-nin Qarabağda bölgə müxbiri kimi fəaliyyət göstərən hal-hazırda cəzaçekmə müəssəsində saxlanılır Gəncə ağır cinayətlər məhkəməsinin qərarı ilə 5 il 6 ay azadlıqdan məhrum edilib artıq 18 aydır ki, həbsdədir. Sənanın 3 övladı və 2 nəvəsi var. 2-ci tip kardioloji xəstədir, ikinci qrup gözdən əlildir, ürəyində 7 stenti var və ağır şəkər xəstəsidir. Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Həbs olunana qədər isə özünün Youtube üzərində təhsis etdiyi "Xəbər Kanalı"nın təhsiçisin və baş redaktoru olub.

Sənan Abdullayev (Həsənoğlu)

Sənan Həsənoğlunun əfv üçün müraciətin onun ailəsidə təsdiq edib, 70 yaşlı anası Solmaz Kazımova ölkə başçısından oğlunun etdiyi səhvi bağışlamasını, onun tezliklə övladlarının, nəvələrinin yanına qayıtması üçün bir yaşlı ana olaraq humanist addım ataraq oğlununda əfv olunmasını xahiş edib.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın