İrana və fars mollalarına sitayiş edən XAİNLƏR: "Onlara güllə vurmazlar" - İFŞA

24, 03, 23
16:00

İrana və fars mollalarına sitayiş edən XAİNLƏR: "Onlara güllə vurmazlar" - İFŞA


Hələ gözümüzü açandan nənə-babalarımızın, “ilanın ağına da, qarasına da lənət oxuduqlarının” şahidi olmuşuq. Doğrudur, özümüzün “ilan boğan” vaxtlarımızda bu ata sözünün hansı səbəblərdən işləndiyini dərk etməsək də, böyüdükcə hər şeyi anlamağa başladıq. İlan bəlkə də yeganə canlıdır ki, nə qədər sığal çəksə də son məqamda “zəhər tuluğu”nu insanın qanına axıdır. 

Yəni “istər dalına al, istərsə də dalından sal” fərqi yoxdur, ilan elə ilandır. Yazıma bu el deyimləri ilə başlamağım isə əbəs deyil. Təəssüflər olsun ki, “odlar diyarı”mın qonşu sarıdan heç vaxt bəxti gətirməyib. Sözün əsl mənasında şahmar ilanlarla qonşu olmaq məcburiyyəti ilə üz-üzə qalmışıq. İllər boyu torpaqlarımızda yaşayan, çörəyimizi yeyib, suyumuzu içən, ilan dili çıxararaq “ara kirvə” deyib üzümüzə gülən ermənilərin başımıza gətirdiyi müsibətlər tarix lenti kimi gözümüzün önündə canlanır. Ancaq necə deyərlər, ermənilərdən zəhərli ilanlar indiyədək daş altında yatıb.

Cənub qonşumuz olan İranın hərəkətlərinə diqqət etdikdə, bunu açıq-aşkar görmək mümkündür. Ürəyimizə “vətən dağı” çəkən, bütöv Azərbaycanı ikiyə parçalayan, 40 milyon soydaşımızı gözü yaşlı qoyan farsların fitnə-fəsadları bu gün də səngimək bilmir. Kişi kimi düşmənçilik etməyi bacarmayan molla rejimi Azərbaycan xalqının dini inanclarından istifadə edərək ölkəmizdə əməlli-başlı casus şəbəkəsi qurub. Hərçənd ilanın başını əzən dövlətimiz onun agenturasının üzvlərini də ifşa etməyi bacarıb. Amma yağışdan sonra artan göbələk kimi sayları o qədər çoxdur ki, qurtarmaq bilmir.  

Bu məqamda sapı özümüzdən olan baltaların Xamenei”yə və onun fars-molla rejiminə sözün əsl mənasında sitayiş etməsi hər bir vicdanlı azərbaycanlı kimi məni də çox məyus edir. Bir insanın beyni nə qədər “yuyulmalı”dır ki, başqa ölkənin (özüdə söhbət Azərbaycana nifrət bəsləyən bir dövlətdən gedir – red) rəhbərinə “pərəstiş” etsin, onun “fətva”larını dinləsin, hətta öz vətəninin maraqlarını belə düşünmədən qurban verməyə hazır olsun. Bunun yalnız bir adı var – XƏYANƏT.

Xəyanətkarın cəzası isə dəmir barmaqlıqlarla kifayətlənmir. Onun alnına yazılan bu damğa 7 arxa dönəninə kimi dərin iz buraxır. Digər təəssüfedici məqam isə Əhli-Beyt (şiəlik) yolunun İranla əlaqələndirilməsidir ki, bu, qətiyyən yolverilməzdir. Çünki İranın nəinki şiəlik, heç islam dini ilə də əlaqəsi yoxdur. Faktlar göz önündədir, sadəc həqiqətələrin üzünə dik baxmaq lazımdır. Birincisi, İran müsəlman ölkəsi olsaydı, o zaman İslamın vacib buyurduğu kimi öz din qardaş və bacılarını qıran xristian Ermınistanla dostluq etməzdi. Mənə “hər ölkənin öz maraqları var” arqumenti qətiyyən çatmır.

Müsəlman üçün birinci İslam maraqlarıdır ki, İranın buna əhəmiyyət vermədiyi göz önündədir. İkincisi, 70 milyonluq əhalini saxta din pərdəsi adı ilə sözün əsl mənasında əsarət altında saxlamaq yalnız molla təfəkkürünün məhsulu ola bilər. Çünki əsl İslamda məcburiyyət yoxdur. İslam sevgi, sülh və mərhəmət dinidir. Bütün bu faktlar İranın din yox, dövlət maraqları ilə idarə olunduğunu bir daha sübuta yetirir.

İndi isə keçək “Xamenei”ni özünə lider sayan, ona canını fəda etməyə hazır olan, bu yolda vətənini və dövlət maraqlarını ayaqlar altına atan sapı özümüzdən olan məxluqlara. Lap tutaq ki, daşıyıcısı olduğunuz şiəlik məzhəbində “mərceyi-təqlid” anlayışı mövcuddur və siz də Xameneiyə təqlidi özünüz üçün “müqəddəs iş” hesab edirsiniz. Bu halda yalnız dini məsələlərdə öz “ağa”nızı təqlid etmək əvəzinə, niyə dövlət maraqlarınızda da fars-molla rejiminin “fətva”larını üstün tutursunuz?

Məgər bu, vətənə xəyanət etmək demək deyil? Digər tərəfdən başqa ölkənin başçısını özünə “rəhbər” hesab etmək, onun verdiyi qanunlara boyun əymək elə həmin dövlətin agenti olmaq anlamına gəlmirmi? Niyə Əhli-Beyti yox, hansısa fars mollasını və ya başqa ölkənin rəhbərini özünüzə “mərceyi-təqlid seçirsiniz? Təbii ki, bütün bu sualların cavabı bir az düşünmək qabiliyyəti olan hər kəsə məlumdur. Ancaq “beyni yuyulan”lar gerçəkləri görməkdən imtina etdikləri üçün onlara ən ağır cəza verilməlidir. Mərhum akademik Ziya Bünyadov yazırdı ki, vətənə xəyanət edənlərə güllə vurmazlar, onları bulvardakı saat qülləsindən asmaq lazımdır. Çünki Türk xalqları həmişə xainləri asaraq edam ediblər. Düşünürəm ki, dövlət və dövlətçiliyini xarici qüvvələrə satanlar üçün bundan ağır cəza ola bilməz.

Müşviq Tofiqoğlu 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841   
 

Bizimlə əlaqə saxlayın