Araz Supermarket şəbəkələrində alış-veriş edərkən ehtiyatlı olun: Kif bağlanmış məhsul satılır - FOTO
Araz Supermarket şəbəkələrindən şikayət bitib tükənmək bilmir, vaxtı keçmiş, müddəti bitmiş ərzaqlardan tutmuş iylənmiş məhsullara kimi hər şey var.
"Azərbaycan Reallığı" xəbər verir ki, bununla bağlı dəfələrlə sosial şəbəkələrdə, internet saytlarında sözü gedən marketlər şəbəkəsi tənqid olunsa da bu tip problemlər hələ də öz həllini tapmayaraq qlobal problem kimi qalmağda davam edir.
Facebook sosial şəbəkə istfadəçisi Sevanə Abbaslı paylaşımında bildirir ki, bir neçə gün bundan öncə Araz Supermarket Masazır şöbəsindən əsasən də uşaqların istfadə etdiyi yoqurt alıb, yoqurtu açanda isə onun kif bağladığını görüb.
"Azərbaycan Reallığı" sözü gedən fotonu təqdim edir:
AZƏRBAYCANREALLIĞI.COM
Bizimlə əlaqə WhatsApp (055) 8288841