Şəki Qala Restoranında rəsmi soyğunçuluq - FOTO

23, 03, 23
13:00

Şəki Qala Restoranında rəsmi soyğunçuluq - FOTO


İnsanlar özəl gündə, bayramlarda ailəsi ilə birikdə istrahət etmək üçün hansısa əyləncə məkanına və yaxudda restoranlara üz tutur, amma təsüflər olsun ki, bəzən ailənin, övladının yanında üz tutduğun məkana getməyinə səni peşman edirlər, çünki burada qiymətlər nəyinki əl yandırır, az qala insanın gözün çıxarıb kor edə, hələ hesabdan əlavə restoran işbazlarının servez haqqı ödənişin demirik, demək olar gətirdikləri hesabın 20-30 faizi edir.

"Azərbaycan Reallığı"na ödəniş hesabı göndərən Şəki Qala Restoranın müştərisi dəhşətə gəlib, burada iki şiş tikə kababa 28 manat, iki şiş lülə kababa 26 manat, 3 pors qovurmaya isə 75 manat, hələ üstəlik 24 manat da serves haqqı tələb olnub. 4 nəfər normalda 2 nəfərin hesab qəbzində gördüynüz kimi təxminən 300 manat ödəməli olub. 

Hesabı bizə göndərdikdə bizdə təcüb doğurdu, düşündük bu yeməklərin tərkibi gördüymüz yağlarla deyil yeməklərə qızıl suyu ilə qeyri adı dad verilib, çünki ödənilən hesabda bundan başqa nəysə görə bilmədik.

"Azərbaycan Reallığı" olaraq sözü gedən restoranla əlaqə saxladıq, telfona cavab verib özünü Restoranın admistratoru kimi təqdim edən şəxs məsələni belə izah etdi: elə paltar dükanı var ki, orda paltar 15-20 manatdı, elə dükanda var ki, orada 150-200 manatdı, bizə isə ona paltarın birend olduğunu  amma müştərinin yediyi ətin brend olmadığını izah etməyə çalışdıq, elə bu zaman əməkdaş telonu üzümüzə bağladı.

İnanırıq ki, adiyyəti qurumlar bu cür restoranlar və bəzi restoran işbazları haqqında tezliklə ölçü götürəcək. Məsələ mətbuatın diqqətindədir.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın