Ramazanda sağlam qidalanmaq üçün - Bunları edin

23, 03, 23
23:30

Ramazanda sağlam qidalanmaq üçün - Bunları edin


Ramazan ayında sağlam şəkildə oruc tutmaq bədən fəaliyyəti üçün olduqca vacibdir.

"Azərbaycan Reallığı" xarici KİV-ə istinadən xəbər verir ki, oruc zamanı xüsusən də, imsak və iftar vaxtı qidalanma rejiminə diqqət etmək lazımdır.

Ramazanda sağlam qidalanmaq üçün bunları etmək faydalıdır:

Porsiyalarınızı böyük etməyin:

Ramazanda açılan böyük süfrələrdə sağlam qidalanmaq üçün porsiyalarımızı əvvəlcədən yaxşı şəkildə nizamlamalıyıq.

Bütün qida qruplarından az miqdarda qəbul etməliyik:

Sağlam yeməkləri düzgün və miqdarından çox olmayacaq şəkildə yemək daha faydalıdır.

Tərəvəz və meyvələri bol etməliyik: 

Bu qidalar mədə və bağırsaqların fəaliyyətini artıracağı üçün həzm sistemimizi də rahatlaşdıracaq.

Ət, toyuq və balıq yeməklərini sobada bişirmək daha xeyirli olacaq:

Bu bizim yediyimiz qidalardan ən yaxşı şəkildə faydalanmağımızı təmin edəcək.

Şirniyyatdan az istifadə etmək daha faydalıdır:

Uzun müddətli aclıqdan sonra qəbul edəcəyimiz şirniyyatlar qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın