"Bolt" sürücülərinin QİYMƏT DƏLƏDUZLUĞU - FOTOFAKT

22, 03, 23
14:00

"Bolt" sürücülərinin QİYMƏT DƏLƏDUZLUĞU - FOTOFAKT


"Bolt" sifariş etdiyim zaman proqramda 6.76 Azn olduğu halda qəbul etdim. Maştağadan Zabrat yolu ilə Həzi Aslanova" "Azərbaycan Reallığı" bildirir ki, bunu "Şikayətim Var" sosial qrupundakı paylaşımında Ağamir Abdullayev adlı istifadəçi qeyd edir.

Daha sonra narazı vətəndaş yazır: "Amma aeroport Zığ şossesi ilə sürücü ünvana çatdırdı. Yol mənimçün önəmli deyil. Ünvana çatan zaman proqramda 9.60 Azn oldu və sürücü o məbləği tələb etdi".

"Azərbaycan Reallığı"
bildirir ki, eyni gündə, eyni sosial qrupda Akif Ağayev adlı vətəndaş da gileyini ifadə edib. 

Narazı vətəndaşın iddialarını olduğu kimi (nöqtəsinə vergülünə və hərif səhvlərinə toxunmadan) təqdim edirik:

"Bolt sürücülerinin bəzilərindən şikayetim var. Şirket olaraq möhteşemdir. Elimizden tutur. Qiymeti de cibeuygundur. Münasibdir. Amma sürücülerin bezileri (yaxşilardan uzaq) haramliq edirler. Misalcun 2.80 qepik yazildigi halda 3. 80 teleb edirler. Deyirsenki ay qardaş mənə gönderilən qiymet 2.80 dir axi.deyir mende bele yazilib.

Mende göstermek isteyirdim ki,"düsün yaxşi düşün" deyib kilidi acdi. Demeyim o ki,adamin esebleri ile oynamiyin. Onsuzda heyat gergindir.Yeri gelende artiqlamasi ile pul ödenilir zaten.Daha 1 man. üstüne qoymaq nedir. Get gede türk sürücülerine oxşamaga başliyirsiz. Xoşunuza gelmir eyer işinizden narazisinizsa cixin gedin".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 
 

Bizimlə əlaqə saxlayın