Qarabağda nə qədər erməni hərbçisi var? - Əliyev ilk dəfə açıqladı

22, 03, 23
12:00

Qarabağda nə qədər erməni hərbçisi var? - Əliyev ilk dəfə açıqladı


Azərbaycan lideri Əliyev ABŞ Dövlət katibi Blinkenlə telefon söhbətinin yeni detalları üzə çıxıb. Prezident Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin Azərbaycan ərazisində olduğunu bildirib. İlham Əliyev ilk dəfədir erməni silahlı dəstələrinin sayı ilə bağlı konkret rəqəm açıqlayır.  

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib. 

“Bu hərbçilər Azərbaycan ərazisindən çıxarılmadığı müddətdə Ermənistanla sülh müqaviləsinin imzalanması mümkünsüzdür. Əliyevin ABŞ-a izah etmək istədiyi də budur. 

Şübhəsiz ki, Azərbaycanın bu qüvvələrin məcburi çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində planı var. Ermənistan ordusunun ərazimizdəki hərbçilərinin sayının dəqiqləşdirilməsi də hazırlığın bir hissəsi hesab edilə bilər”. 


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 
 

Bizimlə əlaqə saxlayın