Paşinyan NƏ İSTƏYİR: SAVAŞ YOXSA...

15, 03, 23
12:00

Paşinyan NƏ İSTƏYİR: SAVAŞ YOXSA...


Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycanla aparılan danışıqlardan, sülh müzakirələrindən bəhs edib. Baş nazir vurğulayıb ki, Bakı sülh müqaviləsinin mətni ilə bağlı İrəvanın fevral ayının ortalarında göndərdiyi təklifə cavab verib. Paşinyan bildirib ki, 2-3 gün əvvəl Ermənistan Azərbaycandan cavab alıb:

“İrəliləyiş varmı? Qeyd etməliyəm ki, müəyyən irəliləyiş görürük”. Bununla belə, Paşinyan danışıqlarda irəlilədikcə, daha çox fundamental problemlərin ortaya çıxdığını iddia edib. Onun sözlərinə görə, 2020-ci ilin üçtərəfli bəyanatından fərqli olaraq, İrəvan və Bakı arasında razılaşma effektiv olmalıdır: "Azərbaycanla imzalanacaq sülh müqaviləsi üçün zaminə ehtiyac var. Sülh müqaviləsinin zaminə ehtiyac var deyəndə, müqavilələrin yerinə yetirilməsi üçün təminatların olmasını nəzərdə tuturuq. Ola bilsin ki, hansısa mərhələdə bu məsələnin həlli olacaq və təklif irəli sürüləcək.

Bizim üçün vacib olan zamin institutu deyil, zəmanət institutudur". Paşinyan Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə razılıq olmadığını söyləyib. Praqa görüşünü Brüssel danışıqlarından daha effektli sayıb. Paşinyan həmçinin Praqa formatını genişləndirərək ABŞ və Almaniyanı da bu formata əlavə edə biləcəklərini qeyd edib: "Əgər Azərbaycan Fransanın Praqa formatında olmasından razı deyilsə, onu genişləndirmək, məsələn, Almaniya, ABŞ-ni dəvət etmək olar". Baş nazir yeni eskalasiya təhlükəsindən də danışıb: "Eskalasiya təhlükəsi realdır. Məhz mümkün eskalasiyanın qarşısını almaq, vəziyyəti izləmək üçün İrəvan avropalı müşahidəçilərdən ibarət missiya göndərməyi xahiş edib. Ermənistan Laçın dəhlizinə və Qarabağa faktaraşdırıcı missiya göndərməyi təklif edir".

Dia.az-ın məlumatına görə, erməni baş nazirin ikibaşlı bəyanatlarını "Şərq"ə dəyərləndirən millət vəkili Elman Məmmədov bildirib ki, İrəvan hökumətinin məqsədi heç də sülhün tezliklə imzalanması deyil. Deputatın sözlərinə görə, Paşinyanın nala-mıxa vurması göstərir ki, Ermənistan rəhbərliyi sülh müzakirələrində irəliləyiş tərəfdarı deyil və ona görə də qeyri-səmimi mövqe sərgiləyir:

"Paşinyanın məqsədi müzakirələr prosesini mümkün qədər uzatmaqdır. Bunu da ancaq müxtəlif bəhanələrlə etmək olar. Bir müddət öncə dedilər ki, sülhlə bağlı təkliflərini Bakıya göndəriblər, indi bildirirlər ki, Bakıdan cavab alıblar və s. Ancaq Azərbaycan tərəfi müharibədən sonra ən optimal təklifləri, 5 baza prinsiplərini İrəvana təqdim edib. Hətta İrəvandan müsbət reaksiya da gəlmişdi, lakin sonradan proses pozuldu. Paşinyan hökuməti Azərbaycan tərəfinin qəbul etməyəcəyini bilə-bilə qəsdən sərsəm təkliflər irəli sürdü.

Ermənistanın vaxtı uzatmaqda məqsədi odur ki, onlara vəd verən, himayə edən Fransa və İran kimi dövlətlərə, ermənilər ağılda olan bəzi beynəlxalq qurumlara hələ də ümid bəsləyirlər. Zənn edirlər ki, dostları sayəsində yenə də güclənəcəklər və aldıqları hərbi dəstəklə yenidən Azərbaycan torpaqlarını işğal etmə şansı qazanacaqlar. Əsas problem odur ki, ermənilər hələ də xəstə, xam xəyallardan tam xilas olmayıblar. 44 günlük müharibədə aldıqları dərs onları ağıllandırmaq üçün kifayət etməyib. Dərk etmirlər ki, onları təhrik edən dövlətlər sadəcə öz maraqlarını güdürlər və kritik məqamda meydanı tək buraxacaqlar. Anlamırlar ki, bütün iddiaları ayaq altında qalmağa, boş xəyalları puç olmağa məhkumdur".

Parlament üzvü vurğulayıb ki, Ermənistana normal dildə nəyisə başa salmaq imkansızdır:

"İllərlə davam edən müzakirələrin, danışıqların nəticəsiz qalması bunun bariz isbatıdır. Müharibə və ondan sonrakı lokal əməliyyatlar göstərdi ki, ermənilər ancaq gücdən, hərbi təzyiqdən anlayırlar. "Donuz öz xoşuna darıdan çıxmırsa, onu zopalarla çıxartmaq lazımdır". Erməniləri qandırmaq üçün yenə də başlarını əzməliyik. Əmin olun, bizi çox gözəl başa düşəcəklər və biləcəklər ki, sülh yolunda konkret hansı addımları atmaq lazımdır. Ancaq indiki məqamda ermənilərin müharibə sevdasına düşməsi təkcə Qarabağdakı separatçı tör-töküntüləri təmizləməyəcək, həm də tarixi torpaqlarımızda qurulan "Ermənistan Respublikası"nın mövcudluğu məsələsini də sual altında qoyacaq". 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın