"Azərlotoreya" TROL DƏSTƏSİ saxlayır - "Mənim özümü belə məhv etmək çox asan məsələdir"

13, 03, 23
13:00

"Azərlotoreya" TROL DƏSTƏSİ saxlayır - "Mənim özümü belə məhv etmək çox asan məsələdir"


"Bir neçə gündür ki, “Azərlotereya”nın yarıtmaz fəaliyyətini bu profildən sərt tənqid edirəm. İndicə mənə bildiriş gəldi ki, profilim bağlana bilər. Dövlət adı ilə qumar oyunlarla təşkil edib, milyonlarla pul qazanan bu şəbəkənin əlində nəinki mənim profilimi, hətta mənim özümü belə məhv etmək çox asan məsələdir". "Azərbaycan Reallığı" bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Məhəmmədəli Qəribli çıxış edib.

M.Qəribli daha sonra yazır: "Bunlara qəribə gələn bilirsiniz nədir? Azərbaycan mediasının böyük əksəriyyətini reklam əməkdaşlığına cəlb ediblər. Buna heç reklama əslanan iş birliyi də demək olmaz. Daha doğrusu, susmaqla bağlı öhdəliyə imza atırıblar. İndi kimsə bunlardan yazanda, bunu sanki hansısa müqəddəs məbədi təhqir etmə kimi qəbul edirlər.

Ona görə də, belə yaramaz metodlara əl atırlar. Heç vaxt bunu xahiş etməmişəm, amma indi izləyicilərdən xahiş edirəm, bacardıq qədər bu postu bəyənib, şərh yazsınlar. Həftəlik izləmə sayı milyonlarla ölçülən digər sosial şəbəkə hesablarımızdan da anoloji qaydada kütləvi şikayətlər edilir. Bu şəbəkənin əlində həm çoxlu pul, həm möhkəm dayaq sayılan məmur dəstəyi, həm də çoxsaylı proqramistlərdən ibarət haker dəstəsi var…" 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın