İran dərmanları insanları qəfil öldürür?

03, 03, 23
12:00

İran dərmanları insanları qəfil öldürür?


Son günlər qəfil ölümlərin sayı kifayət qədər artıb. Buna səbəb kimi də bəzi sosial şəbəkə müzakirələrində İrandan gətirilən dərmanlar göstərilir. Belə ki, insanlar İrana gedən yük maşınlarının sürücülərinə ucuz və təsirli ağrıkəsici aldırırlar və həmin dərmanlar da deyilənlərə görə infarkta səbəb olur. Ümumiyyətlə, İrandan gətirilən dərmanların keyfiyyətsiz olması barədə zaman-zaman iddialar səsləndirilib. Belə düşünülür ki, sözügedən ölkədən idxal olunan dərman vasitələri ucuz olduğundan əhalinin diqqətini çəkir. 

Bu da sonrakı fəsadları ilə yadda qalır. Farmakoloq Aydın Əliyev mövzu ilə bağlı Cebhe.info-ya danışıb. Həkimin sözlərinə görə, bu dərmanlar gətirilərkən tərkibi araşdırılmalıdır: 

"İrandan gələn dərmanların keyfiyyətsizliyi haqqında hər zaman fikirlər olub. Həmin dərmanlar ümumi ağrını götürür, cəmiyyət də buna aldanır" kimi fikirlər var. Bu fikirlər yayılıbsa, deməli, müəyyən həqiqətləri də əks etdirir. Çünki insanlar İrandan gətirilən dərman vasitələrindən çox istifadə edirlər. Lakin həmin fikirlərin təsdiqi də olmalıdır. Bundan sonra təbliğatı çox gedən, şişirdilən, təriflənən dərmanlar haqqında doğrular ortaya çıxarılmalı, cəmiyyət də bilməlidir ki, bu dərmanların heç bir əhəmiyyəti yoxdur”. 

Həkim məsələyə digər prozmadan da baxmağın tərəfdarıdır: 

“Bizim insanlar həkim resepti olmadan o dərmanları niyə alırlar? Vətəndaşlarımız o dərmanları gətirəndə müvafiq orqanlar həmin dərmanların tərkibini  yoxlaya bilərlər. Məsələn, axı niyə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi həmin dərmanları əldə edib tərkibini öyrənmir? Buna cavab vermək lazımdır". 

A.Əliyevin sözlərinə görə, insanların İrandan gətirilən dərmanlara meyilli olması həm də onun ucuzluğu ilə bağlıdır: 


"İrandan daha çox dərman alınmasında ucuzluq məsələsi var. Ucuz olduğu üçün keyfiyyətli- keyfiyyətsiz, hər nə cür oldusa, dərmanlar gətirilir. Ekspertiza Mərkəzi dərmanların tərkibini analiz etməlidir. Mən həmişə bu məsələnin tədqiqatının aparılmasının tərəfdarı olmuşam. Dediyim kimi, həmin dərmanların ölüm yaratması, keyfiyyətsiz olması barədə hər zaman fikirlər səsləndirilib. Əgər deyirlərsə ki, bu, yalan məlumatdır, o zaman tədqiqat aparılsın, nəticələri də cəmiyyətə təqdim edilsin. Nə vaxta qədər ki, xaricdən dərman asılılığımız olacaq, o vaxta qədər də saxta dərmanlar gətiriləcək, ölümlər də qaçılmaz olacaq". 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın