Ağalar Vəliyevin tikdiyi bina "Ağla Kalbim" oxuyur - VİDEO

02, 03, 23
10:00

Ağalar Vəliyevin tikdiyi bina "Ağla Kalbim" oxuyur - VİDEO


"Azərbaycan Reallığı" xəbər verir ki,  Bu barədə Bakupost.az -a yerli sakinlər bildiriblər.

Sakinlərin dediyinə görə, "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi bina artıq əyilib.

"Məsələdən "Kristal Abşeron" şirkətinin rəhbərliyinin də xəbəri var. Əraziyə traktor gətiriblər. Divarlarda deşik açırlar ki, bərkitmə işi aparsınlar.

Amma bunu savadsızcasına edirlər. Əyilən binanı bu üsulla saxlamaq, bərkitmək mümkün deyil. O bina mütləq sökülməlidir", - deyə sakinlərdən biri bildirib.

Məsələ ilə bağlı "Kristal Abşeron" şirkəti ilə əlaqə saxladıq:


Şirkətdən məsələnin araşdırılıb, sabah məlumat verəcəklərini bildiridilər.


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın