Hərbi prokurorluğun müstəntiqi həyat yoldaşına işgəncələr verib? - FOTOLAR

01, 03, 23
15:00

Hərbi prokurorluğun müstəntiqi həyat yoldaşına işgəncələr verib? - FOTOLAR


Nərgiz Hüseynova "Azərbaycan reallığı"na müraciət edərək həyat yoldaşının ona işgəncələr verdiyini iddia edib və onun müraciətini ictimailəşdirməyimizi istəyib. Hərbi prokrorluğun baş müstəntiqi polkovnik-leytenant Hüseynov Ceyhun Vaqif oğlu Hüseynova Nərgiz Məhəmməd qızı ilə 7 ildir ki nigahdadır və bu nigahdan 2 azyaşlı övladları var.

1 ildən çoxdur ki, Ceyhun Hüseynov başqa qadınla yaşayır və rəsmi olaraq nigahda olduğu Nərgiz Hüseynovanı daimi olaraq döyür, ona müxtəlif işgəncələr verir. Sonuncu dəfə 21.02.2023-cü il tarixdə axşam saatlarında Ceyhun Hüseynov yaşadığı evə dostu Mübariz Quliyevlə birlikdə gələrək, dövlət tərəfindən ona verilmiş xidməti silahı N.Hüseynovanın baş nahiyyəsinə tuşlayıb, ona guya xəyanət etməsini bildirmiş, bundan sonra təpik yumruq və dəmir parçası ilə onu döyüb işgəncə verdikdən sonra, bildirmişdir ki, sabah gəlib səni öldürəcəm, sən ölənə qədər işgəncə çəkəssən.

22.02.2023-cü il tarixdə Ceyhun Hüseynov yenidən yaşadığı evə gəlib, gecə yarsına kimi, həyat yoldaşını döyərək müxtəlif əzablar verdikdən sonra, onu gecə yarısı çöllük əraziyə apararaq orada öldürəcəyini bildirərək, müxtəlif işgəncələr vermişdir.

Bundan sonra yaşadığı evə qayıtdıqdan sonra Nərgiz Hüseynovanın əl-qolunu bağlayaraq yenidən işgəncə verməyə davam etmiş, 2 azyaşlı övladını götürüb evdən çıxmışdır. 23.02.2023-cü il tarixdə N.Hüseynova qonşularının köməyi ilə yaşadığı evdən qaçmış, bu barədə polis orqanlarına şikayət etmişdir."

İnanırıq ki, səlahiyyətli orqanlar tezliklə bu məsələni araşdıracaq.

"Azərbaycan Reallığı" qarşı tərəfin mövqeyin tanıyır 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  
 

Bizimlə əlaqə saxlayın