SON DƏQİQƏ! Ağsu sahibkarları ekologiya nazirliyi qarşısına yürüş etdilər - VİDEO

23, 02, 23
12:00

SON DƏQİQƏ! Ağsu sahibkarları ekologiya nazirliyi qarşısına yürüş etdilər - VİDEO


Fevralın 22-də bir qrup Ağsu rayon sakini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında toplaşaraq, nazir Muxtar Babayevlə görüşmək istəyiblər. "Azərbaycan Reallığı" xəbər verir ki, nazirin qəbul günü olsa da, onlara bildiriblər ki, nazir Muxtar Babayev hazırda iş yerində olmadığı üçün qəbul edə bilməzlər. 

Məlumatda bildirilir ki, 2020-ci ildə ölkə başçısı İlham Əliyevin tapşırığı əsasında Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə dövlət tərəfindən tikinti layihəsi verilərək, hazırda olan obyektləri söküb, verilən layihəyə uyğun şəkildə tikmələri tapşırığı verilib. Prezidentin müşaviri Zeynal Nağdəliyev dövlət adından bildirib ki, layihə tikilib təhvil verildikdən sonra sahibkarlara müqavilə sənədi veriləcək.

Sahibkarlar bildirirlər ki, verilən layihəni külli miqdarda kredit götürərək və digər formalarda borca düşərək tamamlasalar da, Ekologiya Nazirliyi onlarla müqavilə bağlamır.

Sahibkarlar bildirirlər ki, layihəni bitirdikdən sonra onlara sənəd verəcəklərini bildirsələr də, nəinki sənəd verilmir, əksinə Ekologiya Nazirliyi sahibkarları qanunsuz torpaq zəbt etmək ittihamı ilə məhkəməyə verib.


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841   

Bizimlə əlaqə saxlayın