SON DƏQİQƏ! “Bandotdel” 3 şəhərdə silsilə əməliyyat keçirdi - VİDEO

22, 02, 23
17:00

SON DƏQİQƏ! “Bandotdel” 3 şəhərdə silsilə əməliyyat keçirdi - VİDEO


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Bakı, Sumqayıt və Balakəndə silsilə əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən "Azərbaycan Reallığı"na bildirilib ki, əməliyyatlar zamanı Elçin Hüseynov, Elmar Nəsibov, Məhəmməd Tağıyev, Murad Rüstəmov və Əli Qarayev tutularaq istintaqa təqdim ediliblər.
“Bandotdel” 3 şəhərdə silsilə əməliyyat keçirdi -  VİDEO
Nəticədə Elçin Hüseynovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 daraq, 60 ədəd patron, Elmar Nəsirovdan 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi, Məhəmməd Tağıyevdən “Zəfər” markalı tapança, 7 ədəd patron, Murad Rüstəmovdan 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid daraq, Əli Qarayevdən isə revolver tipli tapança, 3 ədəd patron və 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edilib.
“Bandotdel” 3 şəhərdə silsilə əməliyyat keçirdi -  VİDEO
Faktlarla əlaqədar cinayət işləri başlanılıb. Adçəkilən şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. İstintaq davam etdirilir.


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın