“Araz” marketin endirim fırıldağı - FOTO

22, 02, 23
15:00

“Araz” marketin endirim fırıldağı - FOTO


“Araz” supermarketlər şəbəkəsinin endirim fırıldağı üzə çıxıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, marketin rəflərində 16-22 fevral tarixləri arasında bəzi məhsullara endirim tətbiq edildiyinə dair qeydlər edilib.

Lakin bir az diqqətli müştərilər marketin əslində qiymətləri süni şəkildə şişirdiyini, daha sonra endirim etdiyini üzə çıxarıblar.

Belə ki, endirim tətbiq edilmiş məhsullardan biri “Loreal excellence creme” saç boyasıdır. Saç boyasının endirimsiz qiyməti 11 manat 85 qəpikdir. Lakin market endirimə qoyarkən boyanın əvvəlki qiymətinin 15 manat 19 qəpik olduğunu qeyd edib. (Bakupost.az)



AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın