Hava şəraiti kəskin dəyişəcək

22, 02, 23
10:00

Hava şəraiti kəskin dəyişəcək


Fevralın 23-ü axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Hava şəraitinin yağıntılı olacağı və qar şəklində düşəcəyi gözlənilir. Qarlı proses respublikanın əksər bölgələrini əhatə edəcək. 

Hətta Böyük Qafqazın bəzi ərazilərində, dağlıq və dağətəyi zonalarda qarın intensiv olacağı proqnozlaşdırılır.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Azərtac-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. 

Onun sözlərinə görə, fevralın 23-ü axşamdan başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir. Gecə saatlarından etibarən və fevralın 24-ü günün birinci yarısında yarımadanın bəzi yerlərində sulu qar yağacağı ehtimal edilir:

“Proqnoz qısamüddətlidir. Fevralın 24-ü axşam saatlarında ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntılar kəsiləcək”.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın