Xoşqədəm Hidayətqızının dözülməz həddə çatdırdığı xanım jurnalist ölkə başçısına muraciət etdi

21, 02, 23
12:00

Xoşqədəm Hidayətqızının dözülməz həddə çatdırdığı xanım jurnalist ölkə başçısına muraciət etdi


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə

Surəti Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya

Azərbaycanda Audiovizual Şuranın sədri İsmət Səttarova

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə

Azərbaycan Respublikasının Daxili işlər naziri Vilayət Eyvazova

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə

Bütün xarici ölkələrin Azərbaycandakı səfirlərinə, insan hüquq və azadlıqları, media təşkilatlarına


Tovuz rayonu, Aşağı Əyyublu kəndində anadan olan, Abşeron rayonu Xırdalan şəhəri 30-cu məhəllədə yaşayan Əliyeva Arifə Vahid qızı tərəfindən 

MÜRACİƏT

Cənab Prezident! Yazıb diqqətinizə çatdırıram ki, mən 13 ildir mediadayam. Hazırda “Reportyor.info” saytına rəhbərlik edirəm. 13.02.2023  tarixdə Şıxəliyev Ramin ARB TV-nin efirində jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni Axtarıram” verilişində fırıldaqla üzləşdiyini iddia edərək, şikayətinin işıqlandırılmasını xahiş etdi.

R.Şıxəliyevi dəvət edərək, onun şikayətini videoformatda hazırladım. Şikayətçi bildirirdi ki, həmin verilişdə xəstə övladının adına vəsait toplanıb, lakin həmin vəsait aidiyyatı üzrə xərclənməyib, övladı da lazımi müalicəni almayıb. X.Hidayətqızının köməkçisinə (0502204946) zəng edərək, qarşı tərəfin mövqeyini istədim.

Onlar məni görüşə dəvət etsələr də, getməkdən imtina edərək cavabın onlayn göndərilməsini istədim. Lakin onlar cavab vermədilər. Mən həmin materialı ictimailəşdirdikdən sonra üzərimə hücumlar başladı. X.Hidayətqızı müəllifi və aparıcısı olduğu verilişdə, canlı yayımda şəxsi həyatımı müzakirəyə çıxarır, ünvanıma nalayiq ifadələr səsləndirir. Halbuki mən özüm o verilişdə iştirak etmirəm, cavab haqqım tanınmır.

Bu isə peşəkarlıqdan uzaq olmaqla bərabər, həm də cinayət məsuliyyəti yaradır. Cənab Prezident, hörmətli Ali Baş Komandan! Artıq üzərindən bir neçə gün keçməsinə baxmayaraq, verilirş mənim də yaxınlarımın adları hələ də çəkilməkdə davam edir. Müxtəlif tanıdığım və tanımadığım sosial şəbəkə istidadəçiləri, jurnalistlər (xüsusilə X.Hidayətqızının verilişində ekspert qismində iştirak edən  Manşet.az Xəbər Portalı  saytının rəhbəri Əli Vəliyev-A.Əliyeva) haqqımda əxlaqdan kənar şayiələr buraxmaqda, məni təhqir etməkdə davam edirlər.

Artıq hədlərini o qədər aşıblar ki, mənim övladımın atasını, övladımı, yaxınlarımı məsələyə qatmaqdan belə çəkinmirlər. Qarşı tərəf nəinki mənəvi-əxlaqi dəyərlərə, hətta qanunlara beləməhəl qoymadan təhqirlərini davam etdirir. Şikayətçini belə ələ alaraq mənim guya onu çəkilişə, danışmağa məcbur etdiyimi canlı efirdən dedirdib. Bütün bunlarla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edəcəm.

Lakin sosial şəbəkələrdə haqqımda yazılanlar artıq əndazəni aşıb. Sizdən xahiş edirəm, məsələ ilə bağlı tədbir görülməsini təmin edəsiniz. Əks halda mənim intihar etməkdən başqa əlacım qalmır. Bu təhqirlərin, şər-böhtanın qarşısında heç kim tab gətirə bilməz. Cənab Prezident! Azərbaycan hüquqi dövlətdir və qanunlarla idarə olunur.

Əgər mənim bir müstəqil jurnalist olaraq hazırladığım materialda hansısa neqativ vardısa, qarşı tərəf məni məhkəməyə verib, araşdırılmasını tələb edə bilərdi. O zaman mən də əlimdə olan sübutu ortaya qoyardım, ədalətli qərar çıxarılardı. Lakin bu hay-küy, bu hücumlar, qarşı tərəfin haqsız olduğunu sübut etməklə yanaşı, ölkəmizin hüquqi dövlət kimi imicinə böyük zərbədir.

Belə çıxır ki, kimin əlində imkan varsa, haqlı və haqsız olduğu məqamlarda öz imkanlarından istifadə edərək, qarşı tərəfə öz təbirincə “cəza kəsir”. O zaman bizim məhkəmə sistemimiz, hüquq-mühafizə orqanlarımız nəyə yarayır?

Azərbaycandakı söz və mətbuat azadlığı haqqında danışılanlar harda qalır? Əgər artıq 4-cü TV-dir dəyişən Xoşqədəm Hidayətqızı öz əlaltıları vasitəsilə bir ananı, gənc qadını ölümə sürükləyirsə, buna bir dur deyən qüvvə yoxdurmu?

Cənab Prezident! Bütün ümidim sizədir! Əgər bu təzyiqlər dayanmasa, mən ARB TV-nin qarşısında intihar edəcəm. Bu müraciətimlə bəyan edirəm ki, məni buna Xoşqədəm Hidayətqızı, Əli Vəliyev və onların əlaltısı olan bir qrup “reket jurnalist” məcbur edir.  

Əliyeva Arifə Vahid qızı

21.02.2023


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841   

Bizimlə əlaqə saxlayın