ETİRAZ: Protəmir şirkəti vətəndaşların və şəhid ailəsinin pulunu mənimsədi, məhkəmə şirkətin xeyirinə qərar çıxardı - VİDEO

19, 02, 23
11:00

ETİRAZ: Protəmir şirkəti vətəndaşların və şəhid ailəsinin pulunu mənimsədi, məhkəmə şirkətin xeyirinə qərar çıxardı - VİDEO


Çox saylı, hətta şəhid ailəsi də olan sakinlərin evinin təmir və tikinti pullarını niyə qaytarmır?

HAKİM HAFİZ KAMRANOV çoxsaylı şikayətlərə baxmayaraq necə oldu Protəmir şefinin xeyirinə qərar çıxardı?


"Azərbaycan Reallığı"na muraciət edən evlərinin təmir və tikintisinə görə sosial şəbəkədən inanaraq pul köçürən bir sıra Vətəndaşlar Protəmir İnşaat rəhnəri İlyas Namazovun əyləşdiyi Nərimanov rayon Albert Aqarunov 14 a ünvanındakı Turan Biznes Mərkəzi önünə toplaşaraq kütləvi narazılığını bildirdilər. Sakinlər bildirir ki, onları sözü gedən şirkətin rəhbəri İlyas Namazov təhdid etməkdən belə çəkinmir. 

Etiraz edən vətəndaşlar bildirir ki, təmir üçün verdiyimiz pulları geri istəyəndə təhdid və hədələr eşidirik, hələ bu bəs etmir üstəlik, yaşlı bir qadını şantaj etməkdən belə çəkinmirlər.

Aldadıldığların iddia edən bir neçə vətəndaş video şikayətlərində bildirirlər ki, Nərimanov rayon məhkəməsinin qərarında narazıdırlar. Onlar çıxarılan qərardan Apelyasiya məhkəməsinə şikayət edəcəklərini bildirir: İnanırıq növbəti məhkəmədə pozulmuş hüquqlarmız bərpa olunacaq və ədalətli qərar çıxarılacaq. 

Etiraz edən vətəndaşlar güc strukturlarından və hüquq-muhafizə orqanlarında kömək istəyib.  


Daha ətraflı videoda 


"Azərbaycan Reallığı" adı çəkilən qarşı tərəfin mövqeyini tanıyır 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın