Xoşqədəm Hidayətqızının reklam etdiyi məşhur həkim Türkiyədə matəm günü konsert təşkil etdi - VİDEO

17, 02, 23
11:00

Xoşqədəm Hidayətqızının reklam etdiyi məşhur həkim Türkiyədə matəm günü konsert təşkil etdi - VİDEO


Cahid Şahbazov ilk yayılan xəbərin mətnini necə dəyişdi?

Matəmin 3-cü günü mətbuatda "Türkiyədən Bakıya gələn oftolmoloqlardan rəzillik" başlıqlı xəbər yayıldı. Xəbərdə bildirilirdi ki, bütün dünya Türkiyədə baş verən zəlzələyə qan ağlayarkən, türk həkimlər Bakıda özlərini rəzil duruma salıblar.

Azərbaycanda ilk dəfə baş tutan Qara Dəniz Oftalmologiya Cəmiyyəti (BSOS) konqresinə təşrif buyurmuş türk həkimlər konfrans keçiriblər, daha sonra da məclis təşkil edib, mahnılar oxuyub, qədəhlər toqquşdurub, çalıb-oynayıblar.

Dünyanın müxtəlif ölkələrindən gələn oftalmoloqları bir yerə yığan və onlara əyləncə təşkil edən kimdir?  

Konfrans Azərbaycanın tanınmış göz həkimi Xoşqədəm Hidayətqızının pullu reklamları qarşılığında populyarlaşan Cahid Şahbazovun təşkilatçılığı ilə baş tutub.

Bu xəbər yayıldıqdan bir gün sonra isə bütün mətbuat orqanlarından xəbər yığışdırıldı. Hansı maraqlar xatirinə? Onu xəbəri silənlərin vicdanına buraxaq. Əvəzində isə yeni xəbər yayıldı - "Cahid Şahbazov dünyaca məşhur həkimləri bir araya yığıb" başlıqlı xəbərdə bildirildi ki, Azərbaycanda ilk dəfə Qara Dəniz Oftalmologiya Cəmiyyəti (BSOS) konqresi baş tutub. Professor Dr. Mahmut Kaşkaloğlu, Dr. Baha Toyqar və Dr. Cahid Şahbazovun ev sahibliyi ilə keçən 20 illik yubiley tədbiri iki gün davam edib.

Dünyanın müxtəlif guşələrindən olan mütəxəssislərlə əlaqə saxlamaq, fikir mübadiləsi aparmaq və tibb texnologiyasında yeni nailiyyətlərin potensialını araşdırmaq üçün ideal platforma olan konqresə bir çox elmi sessiyalarda iştirak edən 25 məruzəçi qatılıb". 

Beləliklə, Cahid Şahbazov təşkilatçılıq etdiyi, Türkiyənin ağır günündə bir yerə yığıb yedirib-içirdiyi, çalıb-oynadığı və özü də bunun hansı nəticəni verəcəyini düşünmədən paylaşdığı, buna görə rəzil duruma düşənləri rəzillikdən qurtarıb, hadisələrə əzizlik donu geyindirsə də alınmadı.

Cahid Şahbazov unutdu ki, mətbuat vasitəsilə hər kəsi aldada bilər, amma onu kənardan izləyən, yaxşı-yaxşı müşahidə edən jurnalistləri yox!

Qeyd edim ki, özünə hörmət edən həkimlər matəm səbəbilə o məclisə qatılmayıb.


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın