Qarabağda canmızı qoymuşuq indi "Azərenerji" əmək haqqlarmızı vermir - VİDEO

16, 02, 23
14:00

Qarabağda canmızı qoymuşuq indi "Azərenerji" əmək haqqlarmızı vermir - VİDEO


Mingəçevir şəhərində "Azərenerji" smart MMC da işləyən 44 günlük vətən müharibəsinin veteranları aylıq əmək haqqlarını ala bilmirlər. 

Onlar bu haqqda "Azərbaycan Reallığı"na video-müraciət göndərərək məsələnin ictimailəşdirilməsini xaiş ediblər. 

Onlar bildirir ki, əmək haqqları ilə bağlı dəfələrlə rəhbərliyə müraciət etsələr də onların müraciətlərinə baxan yoxdur." Gedib müharibədə can qoyduq, indi bizə baxan yoxdur bilmirik dərdimizi kimi deyək?

3 aydır maaşımızı vermirlər, sosial durumumuz ağırdır, ayda 396 manat əmək haqqı verirdilər onuda indi vermirlər. Rəhbərliyə deyirik, deyir mənlik deyil mühasibatlıqdır beləcə bizə yalan vədlər verirlər.

Onlar ölkə rəhbərliyindən köməklik istəyiblər, bildiriblər ki, azyaşlı övladlarmız var dolana bilmirik sosial durumumuz çox ağırdır" deyə bildiriblər.

Daha ətraflı videoda:


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın