“Şərurlu İsfəndiyar”: Türkiyədəki zəlzələ burada olarsa, insanlar evində çayını rahat içə bilər”

13, 02, 23
10:00

“Şərurlu İsfəndiyar”: Türkiyədəki zəlzələ burada olarsa, insanlar evində çayını rahat içə bilər”


Türkiyədə on minlərlə insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Azərbaycanda da inşa olunan yaşayış binalarının təhlükəsizliyi, zəlzələyə davamlılığı  ilə bağlı müzakirələr açılıb. 

Bir çox ekspertlər hesab edir ki, Bakı şəhərində inşa olunan yeni yaşayış binaları yoxlanılmalıdır. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Uzun illər bina tikintisi ilə məşğul olan “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Gununsesi.info-ya açıqlamasında bu haqda danışıb. 

İş adamı bildirib ki, onun şirkətləri tərəfindən inşa olunan binaların təhlükəsizliyinə zəmanət verir: 

“Allah bir daha yaşatmasın. Amma Türkiyədəki zəlzələ burada olarsa, insanlara deyərəm ki, evinizdə oturun, çayınızı için. Mən bunu məsuliyyətimlə deyirəm”. 

Bakıda inşa olunan binaların ciddi nəzarətdən keçməməsi barədə iddialara gəlincə, İsfəndiyar Axunov bildirib ki, belə bir məsələ yoxdur: 

“İnşaat prosesinə başlamazdan xeyli əvvəl onun hər bir detalı araşdırılır, rəy verilir. Bu olaydan sonra mən Türkiyədəki binalarla maraqlandım. Mən sizə foto təqdim edirəm. Birinci fotodakı mənim tikdiyim binadır. İkinci isə Türkiyədə inşa olunan binanın təməlidir. Onlar bizimki qədər dərinlikdə betonlama etmirlər. Təmələ beton piltə atırlar, üstünə də bir az beton verilir. Belə olanda təbii ki, bu təhlükəli olacaq”. 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın