Aqşin Fateh kirminal dəstəsi ilə restorana hücum edərək bizi döyüb alçaltdı - VİDEO

12, 02, 23
16:32

Aqşin Fateh kirminal dəstəsi ilə restorana hücum edərək bizi döyüb alçaltdı - VİDEO


Tanınmış meyxanaçı Aqşin Fateh əlində bıçaq kirminal dəstə ilə birlikdə gəlib "Baku Music Hall" restoranına hücum çəkdilər. Obyektmizin əşyalarını qırdılar. 

"Azərbaycan Reallığı"
xəbər verir ki, bu sözləri saytımıza müraciət edən sözügedən restoranın əməkdaşı Kərimova Fəridə bildirib. O iddia edir ki, meyxanaçı Aqşin Fateh və onun yaxınlarından şikayətçidir. Onun sözlərinə görə "Bakku Music Hall" restoranda çalışarkən Aqşin Fateh və bir qrup şəxs içəri daxil olaraq işçilərə xəsarətlər yetiriblər.

Hadisə zamanı xəsarət almış mühafizəçi Hacıyev Xəqani ölkənin hüquq-mühafizə orqanlarına müraciət edərək köməklik istəyiblər. Onlar bildirir ki, Akşin Fateh Ömər Firdovsi adlı dostları ilə "Bakku Music Hall" restoranına gələrək onlara hücum çəkib restoranın demək olar ki, bütün əşyalarnı sındıraraq sıradan çıxarıblar. 

"Azərbaycan Reallığı" məsələ ilə bağlı meyxanaçı Akşin Fatehin münasibətin öyrənib. O deyilənlərin hər birinin yalan olduğunu bildirib. Aqşin Fateh bildirir ki, "bütün məlumatlar prokurorluqda və polis orqanlarında var. Məsələ ilə bağlı özümdə hüquq-mühafizə orqanlarına dəvət olunmuşam. Sözügedən məkan mənim olub.

Mən özüm öz məkanımı niyə dağıtmalıyam ki? Oranın sahibi mən olmuşam əksinə onlar ora gəlib deyib çıxın buradan bura bizimdir. Deyilənlər hər biri yalandır, bir sübut faktları varsa qoysunlar ortaya deyə" Aqşin Fateh qeyd edib.

Mübahisəli məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis baş leytinantı Nurlan Əliyev bildirir ki, 4 aprel 2022 ci il tarixində vətəndaş Firdosi Rüstəmovun şəxsiyyəti istintaqa müəyyən edilməmiş Ömər adlı şəxslə birlikdə Binəqədi rayonu ərazisində yerləşən restoranların birinə daxil olaraq iaşə obyektinin icarədarını, həmçinin orda çalışan bir qadına xəsarət yetirməsi ilə bağlı Binəqədi rayon polis idarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin 221 ci xüliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə Firdosi Rüstəmov barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Daha ətraflı videoda:  


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın