İşsiz olmasına baxmayaraq bahalı həyat yaşayan və bahalı maşın sürən Elçin...

10, 02, 23
09:00

İşsiz olmasına baxmayaraq bahalı həyat yaşayan və bahalı maşın sürən Elçin...


Yəqin çoxunuz rejissor Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi "Görüş" filminə baxmısınız. Burada Əliağa Ağayevin yaratdığı "Şıxəli" obrazı yadınızdadır. Heç bir yerdə işləməyən, bütün günü çayxanada oturan, hər şeydən özünə maraq güdən, guya iş axtarırmış kimi boş boş gəzən bir obraz. 

Əlindən bir iş gəlməyən, amma rayonda keçirilən bütün tədbirlərdə özünü qabağa verib guya bu təşkil edib, guya bu rəhbərlik edir və buna kolxoz tapşırıb ki, etsin imac yaradan avara bir adam.

Onun obrazını o zaman rejissor elə yaradıb ki, filmə baxanda hiss edirsən ki, belə insanlar bir neçə simaya malikdirlər. İşsiz, gücsüz olmasına baxmayaraq yağ bal içində yaşayan Şıxəli və onun müasir prototipi Elçin Lənbəranski.

Heç bir yerdə rəsmi iş yeri olmayan, bütün günü Tik Tokda avaralanan, əlindən heç bir iş gəlməməsinə baxmayaraq hər yerdə özünü çəkib paylaşan, hər bir işdə "dövlət" bunu mənə tapşırıb deyən bir tip. İşsiz olmasına baxmayaraq bahalı həyat yaşayan və bahalı maşın sürən Elçin...

Ciddi deyirəm tarixdə belə tiplər hər zaman olub. Şıxəli və Elçinlər....

Bu tip adamlar niyə hər yerdə özünü çəkib reklam edir və niyə ordadır sualına filmdə gözəl cavab verilir "Kabab iyinə gəlib"

Kadra baxın və  50-ci illərin Şıxəlisi və müasir dövrün Elçinin görün

Dünyada bu tipli insanlar hər zaman olacaq, olub da....Ona görə belələrini rədd etmək lazımdır. İnanın o yardım olan yerə getmirəm ki, onu realda görərəm. Çox sakit insan olsam da özümdən çıxanda tamam başqa insana çevrilirəm. Onu əlimdən heç kim alamaz. Ona görə səbrimi basıb hirsimi FB-da tökürəm

Zaur Əliyev

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın