Mehriban Əliyeva göstəriş verdi, təyyarə Türkiyəyə yola düşür - FOTOLAR

09, 02, 23
13:00

Mehriban Əliyeva göstəriş verdi, təyyarə Türkiyəyə yola düşür - FOTOLAR


Türkiyədə baş vermiş zəlzələdə zərərçəkənlərə dəstək məqsədi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan təyyarə yaxın saatlarda faciə bölgəsinə yola düşəcək.

"Azərbaycan Reallığı"  xəbər verir ki, təyyarədə 36 ton yardım - müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər və çadırlar zəlzələ qurbanları üçün çatdırılacaq.
Mehriban Əliyeva göstəriş verdi, təyyarə Türkiyəyə yola düşür









AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın