Müstəqil jurnalistlər Əhməd İsmayılova qarşı birləşdi: Medianı ölkə başçısı ilə üz-üzə qoymaq istəyirlər! - VİDEO

04, 02, 23
18:00

Müstəqil jurnalistlər Əhməd İsmayılova qarşı birləşdi: Medianı ölkə başçısı ilə üz-üzə qoymaq istəyirlər! - VİDEO


Bu gün Repressiya və İşgəncələr Əleyhinə Komitənin ofisində Müstəqil media rəhbərləri dəyərimi masa arxasında toplantı keçiriblər. "Azərbaycan Reallığı" xəbər verir ki, Toplantıda çıxış edən jurnalistlər media haqqında qəbul olunmuş qanunu legitim saymayaraq, qanunun fəaliyyətinin dayandırılmasını tələb ediblər.

Konfransa moderatorluq edən Gündəm Xəbər qəzetinin baş redaktoru Şirin Cəfərli bildirib ki, Media İnkişaf Agentiliyi  son vaxtlar jurnalistlərdən reyster tələb edilməsi ədalətsiz qərardır.

Bu müstəqil medianın boğulması deməkdir. Daha sonra "Paralel" qəzetinin baş redaktoru Tapdıb Abbas çıxış edib. O da son vaxtlar sözügedən qurumun bəzi tələblərini ölkə başçsı ilə medianı üz-üzə qoymaqdan başqa bir iş olmadığın bildirib.

Tədbirdə bir sıra tanınmış jurnalistlər Əziz Orucov, Mübariz Məsimoğlu, Məhəmməd Ərsoy, Mirismayıl Xələfli, İlqar Salmanov, Rövşən Əliyev, Razi Abbasbəyli və digərləri çıxış edib, onlar Meda İnkşaf Agentiliyinin icraçı direktoru Əhməd İsmayılovun "siz Media İnkişaf Agentiliyinin rester xidmətində yoxsuzsa demək mediada da yoxsuz" sözünə sərt reaksiya veriblər.

Müstəqil jurnalistlər Əhməd İsmayılovun özünün mediadan xəbəri olmadığını, onunla görüş zamanı gülməkdən başqa bir işə yaramadığını bildiriblər.

Daha sonra Tədbirin sonunda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciətin hazırlanması və toplantıların davamlı keçirilməsi qərara alındı.

Daha ətraflı videoda


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın