Sumqayıtın avtomobil parkındakı partlayışda 1 ölü, 4 yaralı

29, 07, 18
09:56

Sumqayıtın avtomobil parkındakı partlayışda 1 ölü, 4 yaralı


Sumqayıtda avtomobil parkının ərazisində baş verən yanğın zamanı xəsarət alanların kimliyi məlum olub.
 
Azerbaycanrealligi.com "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 5 nəfər xəsarət alıb. Xəsarət alanlar 1980-ci il təvəllüdlü Quliyev Akif Eldar oğlu, 1981-ci il təvəllüdlü Məlikov Rövşən Malik oğlu, 1951-ci il təvəllüdlü Rüstəmov Fərhad Əhməd oğlu, habelə Məlikov Musi Bəhmən oğlu və 1990-cı il təvəllüdlü Mustafayev Yanar Fərrux oğludur.
 
Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılardan biri - Məlikov Musi Bəhmən oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər 4 nəfərin vəziyyəti ağır olduğundan onlar Bakı şəhərindəki 5 saylı xəstəxanaya göndərilib.
 
İlkin məlumata görə, hadisəyə yük maşınında ustalar tərəfindən aparılan təmir işləri səbəb olub.
 
Hadisə yerinə FHN-nin və Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Azerbaycanrealligi.com
 

Bizimlə əlaqə saxlayın