Azyaşlı uşağıma qarşı əxlaqsız hərəkətlər edib video çəkib namusumu ləkələdilər - VİDEO

02, 02, 23
13:00

Azyaşlı uşağıma qarşı əxlaqsız hərəkətlər edib video çəkib namusumu ləkələdilər - VİDEO


"Azərbaycan Reallığı" xəbər verir ki, Tovuz rayon Əlibəyli kənd sakini Vəliyev Elşad Əkbər oğlu bildirir ki, onun azyaşlı oğlan övladına qarşı qonşusu Tağıyev Qənbər Şahin oğlu tərəfindən seksual hərəkətlər olunub.

Mənim uşağıma qarşı əxlaqsız hərəkətlər edib videoya çəkərək onu şantaj ediblər. Bunu edənin barəsində 4 ay həbs-qətimkan tədbiri qərarı verilib. İndi də işi daha 4 ay uzatdılar.

Həbs olunan şəxsin atası mənə ismaric göndərib ki, siz mənə heç nə edə bilməzsiz. Hər şey pulun başındadır, pulumuz var nə istəsən edərik. Mənim və mənim uşağımın ləyaqətini, şərəfini, mənim qeyrətini, namusumu alçaltdılar.

İndi də deyir ki, bütün qanunları pulla almışam. Mənə deyir "sən şərəfsiz kimi yaşayasan, mən pulumu verib bəraətimi alıb oğlumu həbsdən çıxaracam. Daha sonra zərərçəkmişin atası Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan və digər güc sturukturlarından kömək istəyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Gəncə şəhər Regional Qrupundan "Azərbaycan Reallığı"na bildirilir ki, Tovuz Rayon Polis Şöbəsində həmin fakt üzrə Cinayət Məcəlləsinin 150.3.3 madəsi ilə cinayət işi başlanılmış, şübhəli şəxs müəyyən edilərək saxlanılıb. Polis Şöbəsində istintaq zamanı bütün sübutlar toplanılaraq istintaq yekunlaşıb və Tovuz Rayon Prokurorluğuna göndərilib. Toplanmış materiallar məhkəməyə göndəriləcəkdir.

 Daha ətraflı video



"Azərbaycan Reallığı" yazıda adı çəkilən hər kəsin mövqeyini tanıyır


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın