44 günlük aksiya 44 günlük savaş kimi... - məğlublar şərt diktə edə bilməz!

Manşet / Gündəm
 24-01-2023, 15:00     539

Azərbaycan özünün “qırmızı xətt”i məsələsində heç kimlə bazarlığa getməyəcək! Bakı istədiyini almayınca, “qılınc qınına” girməyəcək...Laçın yolundakı etiraz aksiyasının 44-cü günüdür. Bu müddətdə Ermənistan, separatçı separatçı-kriminal ünsürlərin qalıqları və onların dünyadakı havadarları aksiyanı gözdən salmaq, Azərbaycanı şərləmək üçün nələrə əl atmadılar? BMT TŞ-də Fransanın iflas olan cəhdlərindən tutmuş, son olaraq, Avropa Parlamentinin keçən həftə qəbul elədiyi fitnəkar qətnaməyədək, bütün mümkün və qeyr-mümkün təzyiq vasitələrini işə saldılar. Sonuncu “patronu” da atdılar. 

Ancaq istədikdləri nəticə yoxdur. Gözlənilmir. Ona görə ki, Azərbaycan Afrikanın “banan ölkəsi” deyil, artıq oturuşmuş, regionda real söz sahibi olan açar dövlətdir. Odur ki, onunla düşmən yox, dost-müttəfiq olmaq, hesablaşmaq gərəkdir. Bu bəsit həqiqət qəbul edilməyincə, Azərbaycan öz qanuni hədəflərinə çatmayınca “qılınc qınına girən” deyil!

Bakının əsas hədəfi isə onun suveren ərazisində illərdir yuva salmış yad ünsürlərin, özəlliklə təkcə Azərbaycan deyil, ümumən bölgə üçün böyük təhlükə kəsb edən qanunsuz silahlı dəstələrin və Ruben Vardanyan çaplı cinayətkar elementlərin özfəaliyyətinə son qoyulmasıdır. Azərbaycan bu məsələdə heç bir ölkə və ya qurumla hər hansı bazarlığa getməyəcək. Çünki bu, bizim konstitusiya ilə müəyyən olunan “qırmızı xətt”imizdir. Şəkk-şübhəsiz, aksiya bu gerçəyi anklavdakı ermənilərin hamısına qəti olaraq anlatdı. Seçim indi özlərinindir...

“Ermənistan Laçın yolundakı vəziyyətdən böyük qalmaqal çıxarmağa çalışır. Amma heç nəyə nail ola bilməyəcəklər. Bəli, İrəvan hamıya şikayət edir, lakin nəticədə heç nə onların xeyrinə bitmir. Qərb dövlətləri, məsələn, Fransa tərəfindən Azərbaycan əleyhinə qətnamələr qəbul ediləndə belə onlar kağız üzərində qalır, proses bundan irəli getmir. Üstəlik, qətnamələr sadəcə, məsləhət xarakteri daşıyır”.
Sergey Markov: "Paşinyan və dostları Rusiyadan daha nə istəyirdilər?"
Sergey Markov

Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

“Ermənistan hay-küy salır, Azərbaycanın "mənfi imicini" təbliğ etməyə çalışır. Bu da aydındır, çünki İrəvan indi Laçın yolu ilə silah daşıya və mədənləri talan edə bilmir. Eyni zamanda amerikalılar, fransızlar, Avropa Birliyi Azərbaycandan nəsə tələb etməyə, təzyiq göstərməyə çalışırlar, lakin Bakı hamısının lazımi cavabını verir... Bu gün anti-Azərbaycan qətnamələri Azərbaycanın imicinə zərər vurmur, əksinə, onu daha da gücləndirir", - ekspert bildirib.

Şübhəsiz ki, deyilən kimidir. Məhz Azərbaycan dövlətinin prinsipiallığının nəticəsidir ki, Fransa parlamentinin aşağı palatasının sədri Yael Braun-Pive belə, az öncə İrəvana səfərində erməniləri məyus edib getdi. Çünki Azərbaycan bölgədə bir gücdür - hərbi, siyasi, iqtisadi, aparıcı güc. Onunla hesablaşmadan, mövqeyini nəzərə almadan regionda möhkəmlənməyə səy eləmək - göz görəsi gedib başını divara vurmaqdır...         
Artıq Ermənistanın özündə də Bakının Laçın yolundakı aksiya ilə əsas hədəflərinə çatmayınca sakitləşməyəcəyini  dərk eləməyə başlayıblar.

“Azərbaycan indi iki məqsədə nail olmaq istəyir, birinə isə artıq nail olub”.

Bu barədə erməni politoloq Aleksandr İsgəndəryan bildirib. Onun fikrincə, Azərbaycanın həllinə nail olduğu əsas məsələ dəhlizdə keçid məntəqəsinin qoyulmasıdır.
Laçın yolundakı aksiyanın 19-cu GÜNÜ
“Bu məsələ rəsmiləşdirilməsə də, reallıqda Laçın dəhlizində artıq adamlar dayanıb. İndi insan və yük daşımağın mümkün olub-olmadığı artıq onlardan soruşulur. Bakı, sadəcə, bunu rəsmiləşdirmək istəyir. Bakının ikinci yaxın məqsədi Qarabağ məsələsinin Azərbaycanın daxili məsələsi kimi qeydə alınacağı sülh müqaviləsidir. Bu, sülhməramlıların geri çəkilməsi istiqamətində bir addımdır, çünki Qarabağ daxili məsələdirsə, sülhməramlılar nəyə lazımdır”, - deyə o əlavə edib.

Sözsüz ki, enində-sonunda belə də olacaq. Azərbaycan Qarabağın yerdə qalan hissəsində də öz suverenliyini bərqərar edəcək. İstənilən normal dövlət kimi. Burada qeyri-adi, ən əsası, beynəlxalq hüquqa zidd heç nə yoxdur. Bu gerçəyi də rəsmi İrəvan və onun yaxın-uzaq havadarları nə qədər tez başa düşüb onunla barışsalar, bir o qədər bölgəyə daimi sülh tez gələr.
Задача России -остановить "балканизацию" постсоветского пространства:  политолог
Sergey Markedonov

Rusiyalı tanınmış  ekspert, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov bu xüsusda haqlıdır deyəndə ki, Prezident İlham Əliyev Qarabağla bağlı hər şeyi əldə etməyi hədəfləyib və Azərbaycan addım-addım buna yaxınlaşır.

“Biz görürük ki, məsələ Qarabağla məhdudlaşmır. Biz bunu "Qarabağ problemi" adlandırırıq, ancaq bu, daha geniş prosesdir. Məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası, eksklavların qaytarılması və sairdir", - deyə o qeyd edib.

Erməni jurnalistin “İlham Əliyev bildirib ki, Azərbaycan vətəndaşlığını almayan ermənilər gedə bilər, bu, ermənilərsiz Qarabağ demək deyilmi” sualına Markedonovun cavabı da erməniləri ciddi düşündürməlidir.

Sitat: “Burada fərqli nöqteyi-nəzərlər var. İlham Əliyev demir ki, ermənilər onun xoşuna gəlmir; o, leqal və qeyri-leqal ermənilərdən danışır. O deyir ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın suverenliyini qəbul edirsə, heç bir problem yoxdur. Əliyev bildirir ki, Azərbaycanda öz perspektivini görməyən ermənilər gedə bilərlər”.

Politoloqa görə, Azərbaycan Prezidenti öz cəmiyyətinin istəyini icra edir: “Baxın sosial şəbəkələrə, mediaya, çıxışlara - Azərbaycanda bəzi şəxslər, xaricə gedənlər, ümumilikdə ictimaiyyətdə müəyyən iradlar səsləndirilir, deyirlər ki, Əliyev müharibədə tam qələbəyə qədər getmədi, Rusiyanın sözü ilə oturub-durur və s. Əlbəttə, Əliyev bu kimi iradların doğru olmadığını sübut etmək istəyir. Yəni cəmiyyətin istəyini yerinə yetirir. Əliyev nə deyir? Deyir ki, Ermənistan məğlub olub və məğlublar heç bir şərt diktə edə bilməz. Laçın yolu məsələsi bu yanaşmanın bir hissəsidir”.
Ermənistan isə təkcə məğlub yox, həm də haqsız tərəfdir. Odur ki, öz yerini bilsin. Nə qədər gec deyil...

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841