Qarabağ qazisi üsyana qalxdı: Məharət Mustafayev Şirvan şəhərin özəlləşdirib milyonları var, mən isə oğluma şalvar ala bilmirəm - VİDEO

20, 01, 23
11:00

Qarabağ qazisi üsyana qalxdı: Məharət Mustafayev Şirvan şəhərin özəlləşdirib milyonları var, mən isə oğluma şalvar ala bilmirəm - VİDEO


"Azərbaycan Reallığı"na video müraciət göndərən qarabağ qazisi Şirvan şəhər sakini Quliyev Bayram Vaqif oğlu ölkə başçısına muraciət edərək bildirir ki, 2 ildən artıqdır Şirvan şəhərində onun qazanc yeri əlindən alınıb güc qürumlarına 30-dan artıq müraciət etməsinə baxmayaraq bütün muraciətləri baxımsız qalıb.

Dəfələrlə Şirvan Şəhər icra hakimiyyətinə də müraciət etsə də oradan da müsbət cavab ala bilməyib yalnız şablon cavablar alıb. Daha sonra Şirvan icra hakimiyyətinin başçısı İlqar Abbasov və onun müavini Məharət Mustafayevdən narazlığını bildirən Qarabağ qazisi video şikayətində qeyd edir ki, Ulu Öndərimiz deyərdi ki, bir ağac kəsən mənim qollarımı kəsir.

Amma təəsüflər olsun ki, bu sözə Şirvan şəhərində əməl olunmur. Şəhərin mərkəzi küçəsi olan  Məhəmmədəmin Rəsulzadə prospektində yolun kənarında, piyada keçidin yanında parkda ağaclar şəhər icra başçısının muavini Məharət Mustafayevin tapşırıqı ilə kütləvi şəkildə kəsilib. Böyük bir ərazi hasarlanaraq kəsilən ağacların yerində tikinti aparılir .

Şirvan şəhər icra başcısının müavini Məharət Mustafayevin göstərişi ilə ağaclar məhv edilib. Hansı tikinti aparıldığını bilmək  mümkün deyil. Hasarlanmış əraziyə heç kimi buraxmırlar. Qarabağ qazisi Şirvanda balasına çörək tapıb yedizdirə bilmir ancaq bunların pulu çoxdu deyə şəhərin ağacların kəsib özlərinə obyektlər, restoranlar, saraylar tikirlər. Yaşıliqlara qarşı təbiət müharibəsi aparırlar. 

Qarabağ qazisi bildirir ki, Məharət Mustafayevin yalan vədlərindən bezib ona Şirvanda yaşamağa da imkan vermirlər. Balalarıma çörək tapa bilmirəm, iş üçün sahibkarlıq fəaliyyəti üçün dəfələrlə müraciət edirəm, müraciətlərim boşa çıxır.

Məharət Mustafayev Şirvan şəhərin demək olar ki, özəlləşdirib. Hara gedirsən Məharətin evləri, Məharətin villalari, Məharətin restoranları, Məharətin obyektləri və.s. Bəs biz nə edək? Mən evdə gələcəyin əsgərin böyüdürəm! Bir ildən sonra övladım hərbi xidmətə gedəcək amma ona hələ bir şalvar ala bilmirəm!   

Sonda Qarabağ qazisi ölkə başçısına səslənərək ondan kömək istəyib.  

Daha ətraflı video


"Azərbaycan Reallığı" yazıda və videoda adı çəkilən hər kəsin mövqeyin tanıyır! 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın