Şəhid ailəsi Sabunçu icra hakimiyyətindən şikayətçidir - Şəhidin 6 yaşlı yadigarı...

18, 01, 23
10:00

Şəhid ailəsi Sabunçu icra hakimiyyətindən şikayətçidir - Şəhidin 6 yaşlı yadigarı...


Şəhid ailəsi Sabunçu rayon icra hakimiyyətindən şikayətçidir.

"Azərbaycan Reallığı" bildirir ki, bu rayonun Maştağa qəsəbəsi Savalan yaşayış massivi, Məhərrəm Dadaşov küçəsində yaşayan.

Şəhid Feyziyev Sadiq Tahir oğlunun ailəsi "Sherg.az"a yollarının bərbad vəziyyətdə olmasından danışıb.

Ailə bildirib ki, 6 yaşlı şəhid yadigarı yolların pis halda olmasına görə məktəbə gedə bilmir.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə dəfələrlə Sabunçu rayonu icra hakimiyyətinə müraciət etsələr də, maraqlanan olmayıb.

Qeyd edək ki, məsələ ilə bağlı Sabunçu rayon İcra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.



AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın