SİRLİ PLAN: Bakıda Fətullah Gülən şəbəkəsi tikinti aparır? - VİDEO

14, 01, 23
13:00

SİRLİ PLAN: Bakıda Fətullah Gülən şəbəkəsi tikinti aparır? - VİDEO


"KSML" MMC-nın rəsmi nümayəndəsi hüquqşünas Mübariz Məsimoğlu "Azərbaycan Reallığı"na geniş video açıqlama verib. Açıqlamada nümayəndəsi olduğu şirkətin başına gətirilənlər haqqında maraqlı faktlar açıqlayıb. Hüquqşunas nümayəndəsi olduğu şirkətə aid olan ərazidə tikinti aparan Fətullah Gülən şəbəkəsi haqqında iddialı danışaraq bildirir: 

Mübariz Məsimoğlu 

"Mən rəsmi qaydada "KSM" MMC-nın nümayəndəsiyəm. Məsələ bundan ibarətdir ki, bu ərazidə pandemiya başlayandan bəri işlər dayandırılıb. İşin dayanmasına səbəb qarşıda gördüyünüz binalardır. Bu binalarda iş başlayandan bəri burda iş müflis olub. Öncə onu deyim ki, bura əvvəl maşın təmiri yeri olub. Sonradan həmin sahəni Vüqar Cəfərova satıblar. V. Cəfərov həmin sahənin rəhbəri Hacı Məhərrəmin işçisi olub Əslində sahəni başqaları alıb V. Cəfərovun adına rəsmiləşdiriblər. HOME (HOM) Baku MTK tikinti şirkəti buranı aldıqdan sonra 2009-cu ildə katlavan qazıb daha sonra işi dayandırıb. 

Vüqar Cəfərov

Maraqlı məqam ondan ibarətdir ki, şirkətin satış zamanı 700.000 vergi borcu olub. Borc olduğu halda şirkət "Xalq Bank"a girov qoyulub. V. Cəfərov daha sonra öz qoyduğu pulu geri götürərək sahəni baş mühəndisi Həmzə adlı şəxsin adına rəsmiləşdiriblər. Bakı şəhər o vaxtkı baş arxitexti Akif Abdullayev 2019-cu ildə burda tikinti işləri aparmaq üçün yeni layihə verib, lakin layihə ərazidə 3 bina tikintisini aparmaq üçün normativlərə cavab verə bilmədiyindən həyata keçirilə bilməyib. 

 Akif Abdullayev

Yalnız 2018-ci ildə Bakı meri vəzifədən getdikdən 1 il sonra şəhərin yeni baş arxidekti ilə ərazidə 3 bina tikilməsi üçün yeni müqavilə imzalayıb. 

2018-ci ildə ölkə rəhbərinin binaların arası mısafəni qorumaq və tikinti normativlərinə riayət edilməsi ilə bağlı fərman imzalasa da, binalarda iş dayandırılma əvəzinə icraya məktub ünvanlanıb və məktuba 3 gün ərzində müsbət cavab verildiyi üçün tikinti davam edib.

 Əhməd Çətin

Məsələyə türkiyəli iş adamı Əhməd Çətin qoşularaq guya ərazini satın alıb. Ə. Çətin isə Fətullah Gülənin 1 nömrəli adamlarından biridir..."

Ətraflı aşağıdakı videoda....


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın