Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

02, 01, 23
18:00

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür


Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun dünyaya göz açdığı gündür

Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1976-cı ildə Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb və burada yaşamağa başlayıblar. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. 

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Vətənin qəhrəman oğlunu rəhmətlə anırıq!

Əntiqə Xalqəddinqızı

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın