Elton Məmmədovdan pulunu ala bilməyən Ucar sakini - Məni həyətindən qovdu

28, 12, 22
10:00

Elton Məmmədovdan pulunu ala bilməyən Ucar sakini - Məni həyətindən qovdu


Ucar rayonu Qarabörk kənd sakini Qasımov Elvin Kərim oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. "Azərbaycan Reallığı" xəbər verir ki, Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Keçmiş deputat Elton Məmmədov mənim pulumu verməsə, bayram günü özümü yandırıb intihar edəcəm. Artıq benzin alıb intihara hazırlaşmışam.

Milli Məclisin keçmiş deputatı Elton Məmmədovun məni işlədib aldadıb pulumu verməməsi barədə mətbuatda etdiyim müraciətdən sonra özü mənə zəng dedi ki, bank kartını göndər pulunu verəcəm.Təxminən 5-6 saat sonra mənə mesaj yazdı ki, əlindən gələni beş qaba çək sənə pul verilməyəcək.

Mən mətbuat vasitəsi ilə onun qardaşı keçmiş nəqliyyat naziri Ziya Məmmədova müraciət edirəm.


Ziya müəllim o nəsilin ağsaqqalı sizsiniz.Sizə görə Məmmədovlar Azərbaycanda tanınıb.Ona qədər Elton Məmmədovu heç kəs tanımırdı, Sizə görə o deputat olub.Fəhlənin pulunu kəsmək halallıq almadan iş görmək günahdır.

Hərçənd ki, hər ikiniz ağsaqqal adamsınız.And olsun O bir olan Allaha ki, Elton Məmmədov məni işlədib 3700 manat pulumu kəsib vermir.Mən Elton Məmmədovun Ucar rayonu Qazıqumlaq kəndindəki, villasında eni 9 uzunluğu 12 metr olan qaraj inşa etmişəm.Orada 3 ay 10 nəfər usta-fəhlə işləmişik.

Ucarda nisyə götürdüyüm inşaat materialları maqazinlərinə və fəhlələrə pul borclu qalmışam.Gördüyümüz iş Elton Məmmədovun xoşuna gəlib, gedib sizdə baxa bilərsiniz Elton Məmmədov iş sona çatanda məni həyətindən qovdu məni polislə hədələdi.Mən haqq-halal pulumu istəyirəm.

Elton Məmmədov mənim pulumu verməsə bayram günü özümü yandırıb intihar edəcəm.Bunun məsuliyyəti bir başa onun üzərinə düşəcək.Çünki mən maqazinlərə və fəhlələrə borclu qaldığım üçün intihar həddinə çatmışam.Bunu isə Elton Məmmədov edib".

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841   
 

Bizimlə əlaqə saxlayın