DTX-dən Naxçıvanda növbəti əməliyyat - Saxlanılanlar var

16, 12, 22
14:00

DTX-dən Naxçıvanda növbəti əməliyyat - Saxlanılanlar var


Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında araşdırmaya başlaması barədə məlumatlar yayılıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz məlumat yayıb.

Onun sözlərinə görə, dövlət xəstəxanasının baş həkimi Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nin Naxçıvan Baş İdarəsinə aparılıb.
 
Onların maliyyə yoxlamaları ilə bağlı saxlanıldığı qeyd edilib.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın