Nərgiz Paşayeva “Şərəf” ordeni ilə təltif olundu

13, 12, 22
12:00

Nərgiz Paşayeva “Şərəf” ordeni ilə təltif olundu


Nərgiz Arif qızı Paşayeva “Şərəf” ordeni ilə təltif edilib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanda elm və təhsilin inkişafında böyük xidmətlərinə görə təltif olunub.

N.Paşayeva 1962-ci ildə anadan olub. Bu gün onun 60 yaşı tamam olur.

Filologiya elmləri doktoru, professor N.Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışır.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın