Ucar Rayon Mərkəzi Xəstəxanasında rüşvət nəfəs kəsir - "1000 manat gətirməsən səni elə günə qoyacam biabır olub qaçacaqsan..."

11, 12, 22
19:00

Ucar Rayon Mərkəzi Xəstəxanasında rüşvət nəfəs kəsir - "1000 manat gətirməsən səni elə günə qoyacam biabır olub qaçacaqsan..."


"Azərbaycan Reallığı"ın poçtuna daxil olmuş şikayət ərizəsini oxuculara təqdim edirik. Şikayətçi Ələkbərov Oktay Qüddəsər oğlu yazır:

Ucar rayonu Koroğlu küçəsi ev 24 sakini Ələkbərov Oktay Qüddəsər oğlu tərəfindən


ŞİKAYƏT

Oğlum Ceyhun Ələkbərovu işə qoymaq üçün Ucar rayon Xəstəxanasının direktoru Zeynal Bayramlıya onun baş mühasibi Rafayıl Rəsulovun vasitəsi ilə borc-xərc edib 2500 manat pul vermişəm. Bundan sonra oğlum Ceyhun Ucar xəstəxanasında sanitar vəzifəsinə təyin edildi. Oğlum komputer meneceri məktəbin oxuyub deyə baş həkimə dedim ki, oğluma münasib iş verin. Həkim mənə dedi ki, az vaxtdan sonra sənə deyiləcək operator vəzifəsinə işini dəyişəcəm. Bundan bir az sonra baş həkimin sağ əli baş mühasib Rafayıl Rəsulov mənə dedi ki, get tez 1000 manat gətir oğlunu bu gün operator vəzifəsinə dəyişirik. Mən gedib tez borc və sələm alıb gətirib mühasib Rafayıl Rəsulova verdim.Oğlum Ceyhunu operator vəzifəsinə dəyişdilər.

Oktay Ələkbərov

Bundan 6 ay sonra mənim oğlumu gözüm -çıxdına saldılar. Hər dəfə müxtəlif bəhanələrlə oğlumdan nöqsan axtardılar. Həttda oğlumun iş dərəcəsin altıdan beşə endirdilər. Xəstəxananın direktoru oğlum Ceyhuna məcbur edib öz xoşunla ərizəni ver işdən çıx yoxsa səni elə günə qoyacam ki, biabır olub buradan qaçacaqsan. Mən xəstəxananın direktoru Zeynal Bayramlının yanına gedib dedmi ki, niyə belə edirsiniz mənə dedi ki, sənin oğlunun buynuzu çıxıb onu qopardacam. Çox söz söhbətdən sonra oğlumu otaqdan çıxarıb dəhlizdə iş verib. Ağır cərrahiyyə əməliyyatından çıxmış oğlum soyuq dəhlizdə oturur.

Zeynal Bayramlı

Mən bu korrupsioner direktor Zeynal Bayramlının əlindən özümü öldürmə həddinə çatmışam. Əgər oğlumu operator işinə qaytarmasa, dərəcəsini altı etməsə və verdiyim 3500 manat pulumu geri qaytarmasa özümü yandırıb intihar edəcəm. Bunun məsuliyəti isə bir başa xəstəxananın direktoru Zeynal Bayramlının üzərinə düşəcək.

Qeyd edim ki, Ucar rayon mərkəzi xəstəxanasının baş mühasibi Rafayıl Rəsulovun ali təhsili yoxdur onun diplomu saxtadır. Xəstəxana əməlli başlı korrupsiya yuvasına çevrilib. Zeynal və Rafayıl cütlüyü xəstəxananı iflic ediblər.

Mən Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və TƏBİB-in sədri cənab Zaur Əliyevdən xahiş edirəm şikayətimi araşdırıb 3500 manat pulumu ələ keçirmiş məni intihar həddinə çatdırmış Ucar rayon Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının və saxta diplomlu baş mühasibi Rafayıl Rəsulovun barəsində təcili tədbirlər görəsiniz.

"Azərbaycan Reallığı" olaraq şikayət məktubunda qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
  
 

Bizimlə əlaqə saxlayın