Hava necə olacaq?

11, 12, 22
20:00

Hava necə olacaq?


Dekabrın 11-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən"Azərbaycan Reallığı"na verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın