Prokuror jurnalistlərə ağır həbs cəzası istəyib

10, 12, 22
12:30

Prokuror jurnalistlərə ağır həbs cəzası istəyib


Ötən gün Gəncə Şəhər Ağır Cinayətlər məhkəməsində Youtube üzərində yayımlanan "Xəbər Kanalının" təsisçisi Sənan Həsənoğlu və sözü gedən kanalın əməkdaşı İlqar Atabəylinin məhkəmə prosesinin istintaqı yekunlaşıb. Bu barədə "Azərbaycan Reallığı"na jurnalist Sənan Həsənoğlunun vəkili tanınmış vəkil Adəm Məmmədov məlumat verib.

Adəm Məmmədov

Onun sözlərinə görə iş üzrə jurnalistlərə qarşı zərərçəkmiş kimi tanınan şəxslər şikayətçi olmasalar da ittihamı müdafiə edən prokuror hər iki jurnalistə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası istəyib amma buna baxmayaraq sonda yenə hökmü hakim verəcək. Azərbaycan məhkəmələrində belə tərcübəyə çox rast gəlmək olur prokuror daha ağır həbs cəzası istədiyi halda hakim alternativ cəza təyin edərək məhkəmə zalından azad edir. Ümüdvarıq ki, İlqarın və  Sənanında məhkəməsində hakim daha ədalətli höküm çıxaracaq. 

Qeyd edək ki, hər iki jurnalistin sağlamlığında problem var. Sənan Həsənoğlu həbsdə olarkən ürəyinə stent qoyulub, gözlərindən əməliyyat olunub. Jurnalistlərin ailələri dövlət başçısına, birinci vitse-pirezdentə muraciət edərək köməklik göstərilməsini xahiş ediblər. Daha sonra ictimai-siyasi şəxslər və  jurnalistlər onların azad olunması üçün müxtəlif güc strukturlarına muraciət ediblər. 

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, adları çəkilən şəxslər avqustun 10-da saxlanılıblar.

Sənan Abdullayev və İlqar Atayev haqqında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb-etmə) maddəsilə şübhəli şəxs qismində tutulublar. 

Məlumata görə, Sənan Abdullayev “Youtube” platformasında 2012-ci ildə yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə 2021-ci ilin əvvəllərindən Goranboy Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməllərə yol vermələri barədə video-materiallar yayıb. İddia olunur ki, sonradan həmin materialların səhifədən silinməsi üçün icra hakimiyyətinin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat pul tələb edib və alanda da saxlanılıblar.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın