Şər böhtan danışanlar məqsədli və qərəzlidirlər: Gənc icra başçısı Ağstafa rayonunu belə inkişaf etdirir - FAKT

10, 12, 22
12:00

Şər böhtan danışanlar məqsədli və qərəzlidirlər: Gənc icra başçısı Ağstafa rayonunu belə inkişaf etdirir - FAKT


Bir neçə gün öncə Ağstafa rayonundan redaksiyamıza  daxil olan vətəndaş müraciəti araşdırılmadan saytımızda dərc edilmişdi. Əməkdaşımızın araşdırması nəticəsində bəlli oldu ki, həmin məsələ şər və böhtan xarakterlidir, Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucova qarşı yönəlmiş qərəzliyin nümayişidir. 

“Azərbaycan Reallığı” saytı olaraq ötən sayımızda yerləşdirilmiş məlumatı təkzib edərək bildiririk ki, yüngül konstruksiyalı materialla tikilmiş köşk Ağstafa şəhərinin H.Əliyev prospektində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının inzibati binasının yaxınlığında yerləşir, uzun illərdir yataq xəstəsi olan şəxsə məxsusdur. Həmin köşk Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının inzibati binasının ərazisində yerləşmir.

Əməkdaşımızın araşdırması nəticəsində məlum olmuşdur ki, Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucov Ağstafa rayonuna gəldiyi gündən bir çox işlər görmüşdür. Bu işlər 2022-ci il ərzində də davam edir.

Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyi üzrə çoxmənzilli yaşayış binalarının tüstü və havalandırıcı şaxtalarında təmizləmə işləri aparılmış, Səməd Vurğun küçəsi 98, M.Ə, Rəsulzadə küçəsi 92 A nömrəli 5 mərtəbəli yaşayış binalarının dam örtüklərində, Şıxəli Qurbanov küçəsi 23 və 24 nömrəli 5 mərtəbəli yaşayış binalarının fasadlarında təmir işləri yerinə yetirilmişdir.

Soyuqbulaq qəsəbəsində iki mərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyü yenidən qurulmuş, pilləkən boşluqları əsaslı təmir olunmuş və hazırda bərpa-təmir işləri davam etdirilir. Heydər Əliyev prospekti 34 ünvanda iki mərtəbəli çoxmənzilli yaşayış binasının həyətində qanunsuz tikililər sökülmüş, abadlıq işləri aparılmış, Heydər Əliyev prospekti 10 nömrəli binanın həyətinə asfalt örtüyü salınmışdır.

Ümumiyyətlə Ağstafa şəhərində Müslüm Maqomayev, Nazim Əfəndiyev, Fərzalı Abbasov, Vüsət Əfəndiyev, Mahmud Əhmədov, Elşən Poladov, Natiq Sədiyev, Təbiət Qurbanov küçələrində işıqlandırma sistemləri quraşdırılmış və ilin sonunadək 16,0 km uzunluğunda işıqlandırma sistemlərinin quraşdırılması təmin ediləcəkdir. Ağstafa şəhərində 63000 kv metr     (9,7 km) asfalt örtüyü salınmışdır. Yerinə yetirilmiş işlər əhalinin sərbəst və təhlükəsiz hərəkətinə xidmət edir.  

Ağstafa rayonunun elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması ilə bağlı konkret addımlar atılmış, rayonun ən iri kənd yaşayış məntəqəsi olan Dağ Kəsəmən kəndinin elektrik təsərrüfatı tamamilə yenidən qurulmuşdur. Kənd ərazisində 10/0,4 kV-luq şəbəkəsinin yenidən qurulması istiqamətində 10 kV-luq dayaqlar metal dayaqlarla əvəz olunub, 0,4 kV metal dayaqlar basdırılıb, acıq naqillər ÖİN naqıllərlə əvəz olunmuş və müasir tipli yeni KTM-lər quraşdırılmışdır. Şəbəkə istifadəyə tam hazırdır.

Hazırda köhnə şəbəkənin ləğvi və abonentlərin yeni şəbəkəyə qoşulması prosesi sürətlə davam etdirilir. Normadan 6 dəfədən çox uzunluğu olan 10 kV Karyer 10 KV elektrik hava xətti ilə qidalanan Düzqışlaq, Kolayır, Qarahəsənli, Xılxına, Molla Cəfərli, Pirili, Kolxəlfəli kəndlərinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Şəkərli qəsəbəsi yaxınlığında Poylu kəndinin inzibati ərazisində 35/10 kV elektrik yarımstansiyası tikilmişdir. Həmin yarımstansiya tam gücü ilə istifadəyə verildikdən sonra yuxarıda adları qeyd olunan yaşayış məntəqələri ilə yanaşı Poylu, Zəlimxan, Aşağı Kəsəmən, Qıraq Kəsəmən kəndlərinin, Poylu qəsəbəsinin də elektrik enerjisi ilə təminatının yaxşılaşması ilə bərabər Ağstafa şəhərin mərkəzində və Poylu qəsəbəsindəki elektrik yarımstansiyalarının yükünün azalmasına səbəb olacaqdır.

Mövcud olan yarımstansiyalarda, 110, 35, 10, 6 və 0,4 kV elektrik hava xətlərində, transformator məntəqələrində cari təmir işləri aparılmış, yararsız izolyatorlar yenisi ilə əvəz edilmiş, elektrik hava xətlərinə yaxınlaşan ağaclar budanmış və bu işlər davam etdirilir.

Ağstafa rayonunda qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə daxili imkanlar hesabına şəhərin M. Ə. Rəsulzadə küçəsində d57 mm-lik 320 p/m, 20 yanvar küçəsində d57mm-lik 340p/m, Füzuli küçəsində d57mm-lik 500 p/m yerüstü qaz xətti çəkilmiş, rayon ərazisində müxtəlif diametrli 180 p/m  istismarı dayandırılmış qaz xətləri demontaj olunmuşdur. Müharibə iştirakçılarının və əlillərin müraciətlərinə baxılmış, müxtəlif diametrli 76 p/m qaz xəttinin yeri qismən dəyişdirilmiş, Qıraq Kəsəmən kəndində 466 p/m yeni qaz xətti çəkilmiş və həmin xətt üzərində 12 evə təbii qaz yanacağının verilməsi təmin edilmişdir.

Təmiz Qaz MMC və xidmət tərəfindən 1230 ədəd qaz sızmasının qarşısı alınmış, müxtəlif ünvanlarda korroziyaya uğramış 139 p/m qaz xətti yerüstü qaz xətti ilə əvəz edilmişdir. 232 ünvana smart tipli sayğac quraşdırılmışdır. 4 ədəd ŞQTM tipli qaz tənzimləyici quraşdırılmış, istismara yararsız 3 ədəd müxtəlif diametrli siyirtmə yenisi ilə əvəz edilmiş 4 ədəd müxtəlif tipli siyirtmə ehtiyac olan yerlərə quraşdırılmış, 500p/m müxtəlif diametrli polad qaz boruları yerüstü xətlərlə əvəz olunmuşdur.

Rayonun Dağ Kəsəmən kəndində Arxaltı məhəlləsi adlanan yaşayış massivi qazlaşdırılmış, Köçəsgər kəndində 70 fərdi və 2 sosial evin qazlaşdırılması layihəsi ekspertiza rəyi üçün göndərilmiş, bununla yanaşı quraşdırma işləri davam etdirilir.  Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti Ağstafa Filialı tərəfindən obyektlərdə qida qurğularında və dizel generatorlarında profilaktik təmir işləri yerinə yetirilmiş, mövcud dizel-generator qurğuları və akkumlyator batareyaların daimi işlək vəziyyətdə saxlanılması nəzarətə götürülmüşdür.

Rabitə obyektlərində elektrik naqillərinin izolyasiyası, elektrik açarı və digər avadanlıqların təmiri işləri aparılmışdır. Mərkəzi və kənd EATS dizel generatorları üçün ehtiyat yanacaq tədarük olunmuş, kabel şaxta və quyularına qazın, suyun sızmaması üçün kanalların germetik bağlanılması təmin edilmişdir.  

Ağstafa Sukanal Sahəsi siyirtmələrin təmiri, dəyişdirilməsi və ehtiyac olan hissələrdə yeni siyirtmələr quraşdırılmasını təmin etmiş, asfalt örtüyü və torpaq altında qalan siyirtmələr işlək vəziyyətə gətirilmiş, 25-ci və 33-cü məhəllələrdə siyirtmələrin üzəri  və ətrafı  təmizlənmişdir. S.Vurğun 98, M.Ə.Rəsulzadə 24 ünvanında yerləşən binaların zirzəmilərində yararsız su xətləri və dik dayaqlar təmir edilmişdir.

Ağstafa rayonu Vurğun qəsəbəsi və Ağstafa şəhərinin H. Arif  40-48  ünvanlarında yerləşən nasosxanalarda təmizlik işləri aparılmış, su anbarlarının ətrafında abadlıq işləri həyata keçirilmişdir. Baş verən qəza halları operativ olaraq aradan qaldırılmış və abonentlər fasiləsiz olaraq içməli su ilə təmin olunurlar.

 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın