Qarabağ qazisinin diləndirilməsi haqda iddia narazılıq yaratdı - ŞOK VİDEO

08, 12, 22
13:00

Qarabağ qazisinin diləndirilməsi haqda iddia narazılıq yaratdı - ŞOK VİDEO


Sosial şəbəkələrdə 44 günlük Vətən Müharibəsi qazisinin diləndirilməsi iddiası ilə bağlı yayılan videogörüntülər cəmiyyətdə kəskin narazılıq yaradıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, sosial şəbəkə fenomeni Elçin Lənbəranskinin iştirakı ilə baş tutan aksiya insanların etirazına səbəb olub.

 Hərbi formada olan və sinəsindəki medallarla diqqəti cəlb edən keçmiş döyüşçünün ürəkağrıdan görüntüləri insanların hiddətinə səbəb olub. 

Sosial şəbəkələrdə müzakirə açan vətəndaşlar bu addımın doğru olmadığını, birbaşa Vətən Müharibəsinin iştirakçılarının aşağılanmasına hesablandığını bildiriblər. Onlar hesab edirlər ki, sosial problemlərdən əziyyət çəkən qazilərimiz üçün küçədə pul yığmaq əvəzinə, onların problemlərini əlaqədar dövlət qurumlarının diqqətinə çatdırmaq lazımdır. 

Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə viral olub.


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841  
 

Bizimlə əlaqə saxlayın