Natavan Bayramova vəzifəsindən çıxarıldı

02, 12, 22
18:26

Natavan Bayramova vəzifəsindən çıxarıldı


Azərbaycan Dəmir Yollarında islahatlar davam edir. Bir neçə gün bundan öncə Dəmir Yollarında media ilə sözü gedən qurum arasında uçurum yaradan Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova haqqında məlumat vermişdik, hətta yeni sədr Rövşən Rüstəmovun ondan təxminən bir ay öncə işdən çıxarılması haqqında ərizəsini də almasını qeyd etmişdik . "Azərbaycan Reallığı"na məlumatlı mənbə bildirir ki, Natavan Bayramova artıq bir neçə gündür işə gəlmir.

Amma xanım bu gün özünün şəxsi facebook səhifəsində canlı yayım açaraq vəzifəsindən istefa verdiyini bəyan edib.  Görünür Natavan Bayramova bu addımı atmaqla gələcəkdə hansısa işində özünə loru dildə desək xal qazanmaq istəyir yəni özünü sığortalayır. Və yaxud da yerli KİV nümayəndələri, sosial şəbəkə istfadəçiləri, media qurumları qarşısında bunu etməklə mənfiyə çevirilən imicini müsbətə dəyişmək istəyir.

Natavan xanım düşunmür ki Azərbaycan kiçik ölkədir və hər kəs hər kəsi yaxşı tanıyır. Onu da qeyd edək ki, Natavan Bayramova özü açıqlamasında dedi ki, mətbuatın işi nə edəcəyik yox, nə etmişikdir. Yəqin ki, tək “Azərbaycan Reallığı” na deyil hər kəsə maraqlıdır Natavan Bayramovanın işlədiyi dönəmdə gördüyü işlər.

Bunun üçün 2019-cu ildən Google platformasında eks sədrinin ad və soyadını yazmaq kifayətdir. Xatırladaq ki, mətbuat katibinin iş öhdəçiliyi yalnız özünü reklam etməkdən ibarət deyil. İşlədiyi qurumun adını ucaltmaq və onu layiqincə təbliğ etməkdir.

Ardı var


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın