Vasif Talıbov kimləri QURBAN VERƏCƏK? - İLGİNC İDDİALAR

24, 11, 22
11:00

Vasif Talıbov kimləri QURBAN VERƏCƏK? - İLGİNC İDDİALAR


Az əvvəl Naxçıvanın ədliyyə naziri Daşqın Rıhimovla bağlı ilginc iddiaların yer aldığı materialı diqqətinizə təqdim etdik.

Naxçıvanda daha bir YEYİNTİ FAKTI... - Daşqın Rəhimov da HƏBS OLUNACAQ?

Bununla bağlı tanınmış jurnalist Heydər Oğuz növbəti araşdırma materialı ilə çıxış edib. Jurnalistin yazısını təqdim edirik:

Naxçıvanın Ədliyyə naziri, həftəbecər general Daşqın Rəhimov cəmi 3 il ərzində hərbi mayordan ədliyyə generallığına yüksəlib.

“Qara Pişiyin” iddiasına görə, Daşqın Rəhimov zəhmətkeş ailədə dünyaya göz açıb. Atası Hidayət Rəhimov qaynaqçı işləyib. Daşqın müəllimin özü də əmək fəaliyyətinə keşməkeşlərlə başlayıb. O, ilk əvvəl Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində nadzor vəzifəsi daşıyın. Nadzorların rütbəsi isə uzaqbaşı çavuş, baş çavuş olur. Daha sonra tale onun üzünə gülməyə başlayıb. Cahan Holdinqin prezidenti Vüqar Abbasovla qohum olan Daşqın müəllim MR Ədliyə Nazirliyindən MR Prokurorluğuna keçib.

Əvvəl MR Prokurorluğunda Katiblik şöbəsində rəis köməkçisi işləyib. Ardınca da Şahbuz rayon prokuroru təyin olunub. Cəmi 1 il Şahbuz rayon prokuroru işləyən Daşqın Rəhimov 2019-ci ildə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis vəzifəsinə gətirilir.

Onun rəhbərliyi altında fəaliyyət göstərən sabiq işçilərinin dediyinə inansaq, bu xidmətə rəhbər təyin ediləndə Daşqın Rəhimov ədliyyə mayoru idi. Yeni vəzifəsində ona dərhal dərhal hərbi rütbə - polkovnik leytenant rütbəsi verilir. Halbuki xidməti rütbədən hərbi rütbəyə keçmək qanunən mümkün deyil. Üstəlik, mayordan polkovnik-leytenantlığa yüksəlmək üçün ən azı 6 il xidmət göstərməlisən. Daşqın Rəhimov isə bu iki qat müşkülün öhdəsindən cəmi bir neçə ay ərzində gəlməyi bacarır.

Bununla da qalmır, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəhbərliyinin 9-cu ayında birdən-birə polkovnikliyə də yüksəlir. Təbii ki, hərbi sahə üzrə polkovnik olur. 9 aydan sonra növbəti sürprizə də imza atır. O, Naxçıvan “xan”ı Vasif Talıbovun 27 aprel aprel 2020-ci il tarixli fərmanı ilə Ədliyyə naziri təyin olunur və generallıq rütbəsinə yüksəlir. Bu dəfə də hərbi rütbədən xüsusi rütbəyə qayıdır.

Qısası, Daşqın Rəhimov 3-4 il ərzində mayorluqdan generallığa yüksəlir. Özü də gah xüsusi, gah da hərbi rütbələr arasında var-gəl edə-edə. Hətta arada bütün rütbələrindən imtina edib Azercell-in Naxçıvan bürosunun rəhbəri vəzifəsində də çalışır. Odur ki, Naxçıvan MR Ədliyyə Nazirliyinin işçiləri öz aralarında ona ya həpcoş general, ya da həftəbecər general da deyirlər.

Həftəbecər general olmağına baxmayın, Daşqın Rəhimov mal varlığı baxımdan bir çox nazirləri kölgədə qoyacaq imkanlara sahibdir. “Qara Pişiy”in dediyinə görə, Naxçıvan şəhərinin mərkəzində onun yan-yana iki böyük dükanı var. Bunlardan biri telefon dükanıdır. Digərini isə “Ferda şirniyyat” adlı şirkətə kirayəyə verib. Bundan əlavə yaxın qohumu Vüqar Abbasovun adına rəsmiləşdirilmiş “Cahan” AVM-dəki məşhur çayçı da Daşqın Rəhimovdur. Naxçıvana bütün konturları gətirmək və satmaq onun inhisarındadır – “Nar”dan tutmuş “Azercell”ə qədər.

Daşqın Rəhimovun əsas gəlir mənbəyi isə Naxçıvanda fəaliyyət göstərən notarial xidmətlər, nigah evləri və s. kimi Ədliyyə Nazirliyinə aid qurumlardır. Təbii ki, Naxçıvanın Guantanamo ləqəbli Böyükdüz əsirxanası da onun nəzarətindədir. Hər gün bu əsirxananın dustaqlarının qul kimi işlədildiyi plantasiyalar da Daşqın Rəhimovun sərvətlərini adına müvafiq şəkildə daşdırır. Bu sərvətlərin sayəsində Ədliyyə nazirinin Naxçıvan şəhərində çox möhtəşəm iqamətgahı da var, maşınları da həmçinin. Özü Lexus 570 markalı maşın, oğlu isə Mazda 6 sürür. Nömrələri də elə maşın qiymətinədir. Öz maşını 500, oğlunun maşını isə 444 rəqəmləri ilə bitir. Bir sözlə, Naxçıvanın Ədliyyə naziri elə-belə generallardan deyil. O, bütün sərvətləri və hərəkətləri ilə həpcoş və ya həftəbecər genaral adını doğrultmağa çalışır. (DİA.AZ)

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın