Rafiq Cəlilov Cəlilabadda bazar açıb? - İDDİA

23, 11, 22
12:00

Rafiq Cəlilov Cəlilabadda bazar açıb? - İDDİA


Son günlər Cəlilabad rayonunda aparılan”kadr” islahatları əməlli-başlı gündəmə çevrilmək üzrədir. Belə ki, redaksiyamıza etibarlı mənbələrdən sızan məlumat, sözün həqiqi mənasında bizləri şoka saldı.

Cəlilabad RİH başçısı Rafiq Cəlilov 7 icra mümayəndəsini işdən azad edib. Güya, icra nümayəndələri işlərində ciddi nöqsanlara yol vermiş, əhali arasında narazılıqlar yaradıb.

Məsələ ilə bağlı rayonda araşdırma aparan əməkdaşımızın əldə etdiyi məlumat hər birinizi şoka salacaq. Bir sözlə, icra başçısı 7 icra nümayəndəsini işdən çıxartmaqla 100 min manat qazanacağı bildirilir.

Rayonun S.S.İ rəisi vəzifəsindən azad edilən Mirhəsən Nəsirovun qaynını Üzün Təpə kəndinə icra nümayəndəsi təyin etmək üçün ondan 15.000 manat aldığı iddia edilir. Məlumatın nə qədər real olub-olmadığı isə hüquq mühafizə orqanları üçün maraqlı olmalıdır. Bunlardan əlavə icra başçısı öz üslübü ilə hərəkətə keçdiyi məlumatlar sırasındadır.

Növbəti yazılarımızda daha geniş bilgilər əldə edəcəksiz. Bizi izləməyi unutmayın…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

 AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın