İranda xalq ayağa qalxdı: Ordu və əhali arasında toqquşma - VİDEO

07, 11, 22
10:00

İranda xalq ayağa qalxdı: Ordu və əhali arasında toqquşma - VİDEO


İranda  hicab geyinmədiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etirazlar başlayıb.

"Azərbaycan Reallığı"
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, təhlükəsizlik qüvvələri qərbdəki Senendage şəhərində nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

“Etirazçılar avtomobillərin şüşələrini sındırıb, zibil qutularını yandırıblar. Onlar arasında saxlanılanlar da var” – deyə məlumatda vurğulanıb.

Qeyd olub ki, Tehranın Əmir Kəbir Universitetinin tələbələri etiraz aksiyasında mövcud rejim əleyhinə şüarlar səsləndiriblər.

VİDEO 


AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın