SON DƏQİQƏ! Cahangir Əsgərov vəzifəsindən azad olundu

Manşet / Gündəm
 6-11-2022, 12:00     3 684


“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov vəzifəsindən azad olunub. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

AZAL-ın mətbuat xidmətindən məlumat nə təsdiq, nə də təkzib edilib.

Xatırladaq ki, C.Əsgərovun vəzifədən azad edilməsi ilə bağlı Prezident sərəncamı yayılmayıb. Yalnız AZAL-ın strukturunda dəyişiklik edilib və vitse-prezidenti Samir Rzayev qurumun I prezidenti təyin edilib.

Bununla da AZAL-da iki birinci vitse-prezident müəyyənləşib.

Qeyd edək ki, C.Əsgərovun 72 yaşı var. O, 2008-ci ildən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti idi.

AZƏRBAYCANREALLIĞI.COM